Icma.az
close
up
RU
Kirayə evlərin bahalaşmasının əsl səbəbi bəlli oldu

Kirayə evlərin bahalaşmasının əsl səbəbi bəlli oldu

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yay mövsümünün başlaması ilə dənizkənarı ərazilərdə kirayə evlərə tələbat kəskin artır. Xüsusilə komfort və istirahət məqsədilə seçilən bu evlərin qiymətləri bir çox hallarda real dəyəri ilə uyğunluq təşkil etmir və süni şəkildə yüksəldilir. Bu vəziyyət kirayə bazarında həm qiymət balansına, həm də vətəndaşların seçim imkanlarına birbaşa təsir göstərir.
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, 2019-cu ildən Bakı şəhərində və ətraf qəsəbələrdə kirayə mənzillərə, o cümlədən həyət evlərinə və bağ evlərinə tələbat artıb:

"Həmin dövrdən etibarən şəhərdə pilot layihələr çərçivəsində söküntü və abadlıq işləri geniş vüsət alıb. Köhnə binalarda və ümumi həyət sistemlərində yaşayan sakinlər həmin ərazilər sökülərək yerində müasir tələblərə cavab verən binalar tikilənədək kirayə mənzillərlə təmin edilir, daha sonra isə yenidən həmin yeni binalara qaytarılır. Bu proses kirayə bazarında əlavə yük yaradaraq tələbatı daha da artırıb.
Bu səbəbdən 2019-cu ildən başlayaraq kirayə mənzillərin qiymətlərində hər il artım müşahidə olunur. Artımın əsas səbəbi tələbatın yüksək olması və eyni zamanda söküntü işləri nəticəsində bir qism evlərin kirayə bazarından çıxmasıdır. Nəticədə bazarda tələb təklifi üstələyir və qiymətlərin yüksəlməsi baş verir. Bəzi hallarda isə bu vəziyyətdən istifadə edilərək mənzillər bazar dəyərindən daha yüksək qiymətə təklif olunur. Vətəndaşlar isə seçim imkanlarının məhdudluğu səbəbindən həmin evləri kirayələməyə məcbur qalırlar".
Ekspert deyib ki, əmlak bazarı tələb və təklif prinsipi üzərində formalaşır:
"Tələb artdıqda qiymətlər yüksəlir, təklif artdıqda isə qiymətlər enir. Bu baxımdan bazarın qiymət mexanizminə kənar müdaxilə etmək çətindir, çünki bazar özünü bu prinsip üzərində tənzimləyir.
Bakı şəhərinin 2040-cı il baş planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində söküntü və yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu isə gələcək dövrdə də kirayə mənzillərə olan tələbatın yüksək qalacağını göstərir. Digər tərəfdən yay mövsümündə Bakı ətrafı qəsəbələrdə, Mərdəkan, Şüvəlan, Novxanı və digər kəndlərdə, dənizə yaxın istirahət zonalarında kirayə evlərə tələbat daha da artır. İnsanlar istirahət məqsədilə bu ərazilərə üz tutduqları üçün mövsümi kirayə bazarında aktivlik yüksəlir. Bu vəziyyətdə bəzi şəxslər mövcud tələbatdan istifadə edərək mənzilləri və bağ evlərini bazar qiymətindən yüksək qiymətə təklif edirlər".
O bildirib ki, eyni zamanda vətəndaşlar yay mövsümündə qiymətlərin daha da artacağını nəzərə alaraq əvvəlcədən evləri bron edirlər:
"Bu da bazara çıxarılan kirayə evlərin sayını azaldır və qiymət artımını gücləndirir.
Bəzi ev sahibləri isə ilin böyük hissəsində evlərin boş qalmasını əsas gətirərək yay aylarında daha yüksək kirayə qiymətləri tələb edirlər. Onlar bu dövrdə əldə etdikləri gəlirlə ilin qalan aylarındakı boşluğu kompensasiya etməyə çalışırlar.
Nəticə etibarilə həm şəhərdaxili söküntü və yenidənqurma prosesləri, həm də mövsümi istirahət tələbatı kirayə bazarında qiymət artımına səbəb olur. Tələb təklifdən yüksək olduğu üçün vətəndaşlar bir çox hallarda seçim imkanının məhdudluğu səbəbindən bazar qiymətindən baha kirayə evlər götürmək məcburiyyətində qalırlar",- deyə ekspert qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri