Kirayə evlərin qiyməti niyə ucuzlaşmır?
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kirayə evlərin qiymətində heç bir enmə müşahidə olunmur".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Ekspert kirayə evlərin qiymətinin enməməsini satış qiymətlərinin hər ay artması ilə əlaqələndirib:
"Satış qiyməti artdıqca kirayə qiymətinə təsir göstərir. Kirayə qiymətlərinin enməsi ilə bağlı mənzil bazarında hələ heç bir gözlənti yoxdur. Köhnə mənzil fondu sökülür. Həmin binalar söküldükcə, ucuz mənzillər kirayə bazarından birdəfəlik çıxmış olur. Onların yerində yeni binalar inşaa olunur. Həmin binalardakı kirayə evlərin qiyməti isə kəskin şəkildə artır".

Elnur Fərzəliyev 28 may və Nizami metrostansiyalarının ətrafında yerləşən kirayə evlərinin qiymətinin həmişə baha olduğunu vurğulayıb:
"Şəhərin mərkəzi hesab edildiyindən orada evlərin kirayəsi digər ərazilərə nisbətən həmişə baha olub. Evlərin qiymətinə təsir edən amillər var. Bu iki stansiyalardan daha çox istifadə edən tələbələrdir. Ali təhsil müəssisələrinin bir neçəsi 28 may metrostansiyasına yaxın ərazidə yerləşir. Həmin ali təhsil müəssisələrində təhsil alan tələbələr müəyyən müddət gediş-gəlişdə əziyyət çəkəcəklər. Düşünürəm ki, müəyyən zamandan sonra problem aradan qalxacaq".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Avqust 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















