Icma.az
close
up
RU
Kirayə evlərlə bağlı mühüm proqnoz verildi Yeni qərardan sonra...

Kirayə evlərlə bağlı mühüm proqnoz verildi Yeni qərardan sonra...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda kirayə mənzil bazarı ilə bağlı son dəyişiklik hələ də müzakirə edilir. Belə ki, kirayə verənlərdən tutulan verginin 14 faizdən 10 faizə endirilməsinə baxmayaraq, bu rəqəmin bir çox ölkələrlə müqayisədə yüksək olduğu deyilir. 

Bu qərar mənzillərin qeyri-rəsmi kirayə verilməsinə şərait yarada və vergidən yayınma hallarına mənfi təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, əvvəllər yaşayış və qeyri-yaşayış sahələri arasında fərq qoyulmurdu:

“Hər ikisindən 14 faiz gəlir vergisi tutulurdu. Bu yüksək dərəcəyə görə vətəndaşların təxminən 99 faizi vergidən yayınır, icarəçilərlə müqavilə bağlamır və dövlətə ödəniş etmirdi. Sonradan dəyişiklik edilərək yaşayış sahələri üçün vergi 10 faizə endirildi. Lakin bu, hələ də yüksəkdir və qonşu ölkələrlə müqayisədə daha çoxdur – vergi dərəcələri adətən 5-6 faizdir. Fikrimcə, verginin yüksək olması yenidən qeyri-rəsmi icarə münasibətlərinin artmasına səbəb ola bilər. Yəni ev sahibi və kirayəçi arasında müqaviləsiz, qeyri-şəffaf sövdələşmələr davam edəcək və vergidən yayınma hallarını azaltmaq mümkün olmayacaq. Evin təmiri, saxlanılması, məişət avadanlıqlarının 5-8 ildən bir yenilənməsi kimi xərclər nəzərə alındıqda, 10 faizlik vergi əmlak sahibləri üçün əlavə yük yaradır”.

Anar Nəsirov

Ekspertin sözlərinə görə, vətəndaşlar vergini könüllü ödəyə bilməlidirlər:

“Vergi dərəcəsi 4, maksimum 5 faiz olmalıdır. Belə olan halda əmlak sahibləri rəsmi kirayə müqaviləsi bağlamağa meyilli olarlar. Bu isə həm əmlak sahibini hüquqi risklərdən qoruyar, həm də mənzildə baş verəcək hər hansı qanunsuzluq halında məsuliyyətin dəqiq müəyyən edilməsinə imkan verər. Hazırda kirayə verənlərin təxminən 98-99 faizi vergi ödəmir və qaydalardan yayınır. Vergi dərəcəsi azaldılsa, əksəriyyət könüllü şəkildə müqavilə bağlayar, vergi ödəməyə başlayar, bu da dövlət üçün əlavə və davamlı gəlir mənbəyi olar. Amma 10 faiz dərəcəsi saxlanılarsa, insanların qaydalara əməl edəcəyini gözləmək çətindir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri