Icma.az
close
up
RU
Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Son illərdə kirayə mənzil bazarında müşahidə olunan qiymət artımı həm kirayəçilərin, həm də ev sahiblərinin diqqət mərkəzindədir. Qiymətlərdə mövsümdən asılı olaraq müəyyən dəyişiklik olsa də, ciddi ucuzlaşma müşahidə olunmur.
Bəs kirayə bazarında bahalaşma nə vaxta qədər davam edə bilər və mənzil kirayələmək üçün ən sərfəli dövr hansı zamandır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda kirayə bazarında qiymətlərin nisbətən aşağı olduğu dövr yaşanır:
“Təxminən iyunun 15-dən iyulun sonunadək qismən ucuz dövrdür. Bu, tələbələrin böyük şəhərlərdən, xüsusilə Bakı, Sumqayıt və Gəncədən doğma rayonlarına qayıtması ilə əlaqədardır. Nəticədə kirayə mənzillər boşalır, bazarda təklif artır. Təklifin çox olduğu ərazilərdə qiymətlər də müəyyən qədər stabilləşir. Lakin avqustun ikinci yarısından başlayaraq oktyabr ayınadək bazarda vəziyyət dəyişir. Bu dövrdə həm uyğun mənzil tapmaq çətinləşir, həm də kirayə qiymətləri xeyli yüksəlir. Buna görə də hazırkı dövr kirayə mənzil axtarmaq üçün ən optimal vaxt hesab olunur”.
Ekspert deyib ki, bağ evləri bazarında isə vəziyyət əksinədir:
“İyunun 15-dən avqustun 15-dək olan müddət bu seqment üçün ən bahalı dövr sayılır. Qiymətlər tələbata və yerləşdiyi əraziyə görə dəyişir”.
Elnur Azadovun fikrincə, Bakıda ən ucuz kirayə mənzillər əsasən Abşeron rayonu, Qobu və şəhərin kənarında yerləşən qəsəbələrdə olur:
 

“Bu ərazilərdə birotaqlı mənzillərin aylıq kirayəsi orta hesabla 200 manatdan, ikiotaqlı mənzillər təxminən bu səviyyədən, üç və dördotaqlı mənzillər isə 300 manatdan başlayır. Şəhər mərkəzinə yaxınlaşdıqca qiymətlər artır.


Hazırda ən yüksək kirayə qiymətləri "Sea Breeze", Ağ Şəhər və paytaxtın mərkəzi hissəsində müşahidə olunur. "Sea Breeze"də bir mənzilin aylıq kirayəsi təxminən 1000 dollardan başlayır. Ağ Şəhərdə və şəhərin mərkəzində isə bir mənzilin aylıq kirayə haqqı 700 manatdan başlayır”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri