Icma.az
close
up
RU
Kirayə mənzillərin heç 10 faizi rəsmiləşdirilmir: Səbəb?

Kirayə mənzillərin heç 10 faizi rəsmiləşdirilmir: Səbəb?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


"Gələn ilin dövlət büdcəsində mənzil kirayəyə verənlərin 10 faiz vergi ödəməli olduqları əksini tapıb. Yeni qərar bütövlükdə bazara təsir etmə baxımından ciddi bir dəyişikliyə səbəb olacağını düşünmürəm".

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Dəyişikliyi şərh edən ekspertin sözlərinə görə, əvvəllər bu rəqəm 14 faiz idi və bu, fiziki şəxlərlə yanaşı hüquqi şəxslərə də eyni qaydada tətbiq olunurdu:

"İndi artıq bu rəqəmi fiziki şəxslər üçün 10 faizə endirməkdə məqsəd kirayə münasibətlərini rəsmiləşdirərkən müvafiq müqavilələri notariat vasitəsilə imzalamağa və Vergilər Nazirliyində qeydə almağa stimullaşdırmaqdan ibarətdir.

Azərbaycanda kirayə münasibətləri faktiki olaraq qanunvericilikdə nəzərdə tutulan hallardan kənar formada həyata keçirilir. İki tərəfə də bəllidi ki, bir tərəf mənzil verir, digəri götürür. Amma onlar notarial müqavilə bağlamırlar, vergi ödəmirlər".

Ramil Osmanlı bildirib ki, Azərbaycanda təqribi hesablamalara görə 250 mindən yuxarı mənzil kirayə subyektidir: "Statistika apararsaq, kirayə münasibətlərinin rəsmiləşdirilməsi heç 10 faizə çatmır. Düşünürəm ki, yeni rəqəm kirayə münasibətlərinə hər halda müəyyən göstərə bilər. Hesab edirəm ki, fiziki şəxslərdə kirayə müqavilələrini rəsmiləşdirməsinə görə vergi dərəcələri maksimum 2-4 dörd faiz arasında dəyişməlidir. Yəni 10 faiz də böyük rəqəmdir. Fikrimcə, faiz dərəcəsinin azalmasına növbəti illərdə də ehtiyac olacaq".

Ekspertin fikrincə, kirayəyə verilən 250 min mənzildən təqribən 25 mini üzrə kirayə müqaviləsi bağlanır: "Bu halların qarşısını tam şəkildə almaq, vətəndaşları bu prosesə cəlb etmək üçün iki addımın atılmasına ehtiyac var. Bunlardan biri vergi dərəcələrini 2-4 faizə qədər azaltmaq, digəri isə notarial müqavilələrin bağlanmasını maksimum dərəcədə sadələşdirməkdir.

Bəzən mülkiyyətçi evini kirayə verərkən müqavilə bağlamaq istəyir, amma ona deyirlər ki, evində daha bir şəxs qeydiyyatdadır, onu da tap gətir, razılıq ərizəsini alaq. Halbuki o adamın mənzilə ümumiyyətlə aidiyyəti yoxdur. Yəni nə mülkiyyətçi, nə də mülkiyyətçinin yaxın qohumu deyil. Sadəcə dostu və ya tanışıdır, qeydiyyata düşməyə yeri yoxdur.

Düşünürəm ki, kirayə müqaviləsinin bağlanması sadələşdirilməli, eyni zamanda müqavilələrin bağlanmasına görə notariat rüsumlar da azaldılmalıdır. Bu iki addım atılarsa, kirayə müqavilələrinin sayı artar".

Ramil Osmanlı hesab edir ki, mənzilin kirayəyə verilməsi fiziki şəxslər tərəfindən bir sahibkarlıq fəaliyyətidir: "Yəni vətəndaş bu sahəyə investisiya qoyur, mənzili alır, məqsədi də o olur ki, kirayə verib pul qazansın. Götürdüyü gəlirdən istənilən sahibkarlıq subyektindəki fəaliyyətə görə təbii ki, dövlətə vergi ödənilməlidir.

Kirayə müqavilələrində məqsəd həmin istiqamətdə fəaliyyət göstərən fiziki şəxslərin vergiyə cəlb olunmasıdır. Eyni zamanda, gələcəkdə bu münasibətlər zəminində yaranmış problemlərin həllini asanlaşdırmaqdır. Tutalım, evi kirayə götürən ona hər hansı bir zərər vurur və orda bir sığorta hadisəsi baş verir. Bu münasibətlər rəsmiləşdirməlidir ki, tərəflərin də məsuliyyət zonası müəyyən olunsun. Bu praktika bütün dünyada var, Azərbaycanda da tətbiqi başa düşüləndir".

Ekspertin sözlərinə görə, kirayə ev verənlərin vergi ödəməkdən yayınma hallarının qarşısını almaq mexanizmi var:

"Qanunvericilik konkret müddəalarla prosesi tənzimləyir. Sadəcə mövcud şəraitdə müvafiq icra hakimiyyəti orqanının, konkret desək, Vergilər Nazirliyinin prosesi tam nəzarətdə saxlamağ imkanları, təəssüf ki, fiziki baxımından yetərli deyil. Bütün əməliyyatlar, qeydiyyat tam elektronlaşdırıldıqdan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Ədliyyə Nazirliyi və Vergilər Nazirliyi arasında elektron informasiya sistemləri üzrə ortaq bir mübadilə yaranandan sonra prosesi nəzarətdə saxlamaq mümkün olacaq".

Ramil Osmanlı qeyd edib ki, kirayə mənzil bazarına qiyməti aşağı olan mənzillərin sayı azdır: "Bu problemin aradan qaldırılmaqdan ötrü kirayə mənzil bazarında müəyyən kateqoriya insanlar, tutalım, tələbələr üçün yeni fondlar yaradılmalıdır. Bu fondlar, təbii ki, birbaşa dövlət hesabına yox, müəyyən xarici praktiktalardan yararlanmaqla mümkün ola bilər. Bu yolla tələbələr üçün yataqxana tipli binalar inşa oluna bilər. Bunların tikilməsinə dövlət şərait yaratmalı, sahibkarlar da prosesə cəlb olunmalıdır. Yalnız bundan sonra kirayə mənzil bazarında qiymətlərin hansısa formada stabilləşməsini görə bilərik.

Ümumiyyətlə, vergi ödəmə prosesini asanlaşdırmaq üçün mobil notariatların təsdiqi, yeni elektron sistemlərin tətbiqi kimi addımlar atılıb. Vergi dərəcələrinin azaldılması məsələsi də vacibdir. Vergi dərəcələri əhəmiyyətli dərəcədə azaldıldıqdan sonra kirayə ev sahiblərini bu prosesə cəlb etmək mümkün olacaq".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Oktyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri