Icma.az
close
up
RU
Bakıda kirayə mənzil tapmaq çətinləşəcək SƏBƏB

Bakıda kirayə mənzil tapmaq çətinləşəcək SƏBƏB

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Bakıda istismar müddətini başa vurmuş çoxmənzilli binaların və mərkəzi ərazilərdə yerləşən fərdi yaşayış evlərinin söküntüsü geniş miqyas alıb. Bu çərçivədə bir çox köhnə bina və evlər sökülərək onların yerində ya parklar salınıb, ya da yeni, müasir çoxmənzilli yaşayış binaları inşa olunub.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Modern.az-a açıqlamasında bildirib ki, paytaxtın 2040-cı ilə qədərki inkişafını nəzərdə tutan Baş Plan artıq təsdiqlənib. Plana əsasən, qarşıdakı illərdə də köhnə tikililərin mərhələli şəkildə sökülməsi davam etdiriləcək:

“Hazırda Bakıda ən ucuz kirayə mənzillər fərdi evlərin üstünlük təşkil etdiyi yaşayış massivlərində yerləşir. Belə ərazilərdə birotaqlı mənzillərin aylıq kirayə haqqı təxminən 150–200 manat civarındadır. Metroya yaxın köhnə binalarda – xüsusilə Yasamal, Nəsimi və Nərimanov rayonlarında isə birotaqlı mənzillərin kirayə qiyməti orta hesabla 400 manat təşkil edir. Otaq sayı artdıqca, qiymətə hər otaq üçün əlavə olaraq, təxminən 100–150 manat əlavə olunur”.

E.Fərzəliyev əlavə edib ki, yeni tikililərdə kirayə qiymətləri köhnə binalarla müqayisədə təxminən iki dəfə yüksəkdir:

“Son illərdə aparılan söküntü işləri nəticəsində ucuz kirayə mənzillərin əhəmiyyətli hissəsi bazardan çıxarılıb. Bundan əlavə, sökülən binalarda yaşayan sakinlərə yeni mənzillər təqdim edilənə qədər – orta hesabla 2–3 il müddətində – kirayədə yaşamaq zərurəti yaranır. Bu da ümumi kirayə bazarında tələbin artmasına və qiymətlərin yüksəlməsinə səbəb olur”.

Ekspertin fikrincə, qarşıdakı 15 il ərzində - yəni 2040-cı ilə qədər yüzlərlə köhnə bina və fərdi evin sökülməsi gözlənilir. Bu proses, xüsusilə şəhər mərkəzi və ətraf ərazilərdə münasib qiymətə kirayə mənzil tapmağı daha da çətinləşdirəcək:

“Artıq bu tendensiya özünü göstərməkdədir. Bir çox tələbə kirayə qiymətlərinə görə Bakının ətraf qəsəbələrinə, o cümlədən Abşeron, Xırdalan, Masazır və digər ərazilərə üz tutur. Bu isə onların gündəlik olaraq əlavə yol xərcləri çəkməsinə və vaxt itkisinə səbəb olur”.

E.Fərzəliyev eyni zamanda  tələbələrin mənzil problemi məsələsinə də toxunub. Onun sözlərinə görə, bugünkü tələbələr gələcəyin ixtisaslı kadrlarıdır və onların yaşayış şəraiti təhsil keyfiyyətinə birbaşa təsir göstərir:

“1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı bölgələrdən məcburi köçkünlərin yerləşdirildiyi tələbə yataqxanalarının əksəriyyəti bu gün yaşayış üçün tam yararsız vəziyyətdədir”.

Ekspert onu da qeyd edib ki, dövlət tərəfindən məcburi köçkünlər üçün yeni mənzillər tikilib və onlar mərhələli şəkildə işğaldan azad edilmiş ərazilərə köçürülür:

“Buna baxmayaraq, köhnə yataqxanaların yerləşdiyi torpaq sahələri hələ də mövcuddur. Bu ərazilərdə müasir və çoxmərtəbəli tələbə şəhərciklərinin inşası həm tələbələrin kirayə yükünü azalda, həm də paytaxtdakı kirayə bazarındakı gərginliyin qarşısını ala bilər. Belə yataqxanalar minimal qiymətlərlə təmin edilə və universitetlərə yaxın məsafədə yerləşdirilə bilər. Bu isə tələbələr üçün həm maddi, həm də logistik baxımdan əlverişli olar”.

Elnur Fərzəliyev son olaraq bildirib ki, tələbə yataqxanalarının yenidən tikilməsi həm sosial, həm də iqtisadi baxımdan vacib addım olar və ümumilikdə isə Bakıda kirayə mənzil bazarının stabilləşməsinə töhfə verər.

Aytac Bəhruzqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri