Icma.az
close
up
RU
Kirayə mənzillərin qiyməti bahalaşacaq Ekspert AÇIQLADI

Kirayə mənzillərin qiyməti bahalaşacaq Ekspert AÇIQLADI

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Gənc ailələr və tələbələr üçün münasib kirayə evlərin olmaması hansı sosial problemlərə yol açır? Tələbə yataqxanalarının azlığı və kirayə böhranı, əmlak bazarında süni qiymət artımını necə dayandırmaq olar? Bu barədə hansı təklifləriniz var?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, daşınmaz əmlak son günlərin ən aktual probleminə çevrilib. Kəskin bahalaşma, alqı-satqı qiymətlərində, icarədə ciddi sosial problemlərdən birinə çevrilib.

E. Azadovun sözlərinə görə, vətəndaşların yığım kapitalı adətən orta təbəqəyə yol vermir ki, onlar hər hansı bir daşınmaz əmlak ehtiyaclarını alıb ödəsinlər.

Ekspert qeyd edib ki, kirayə sektorunda isə həm tələbələr həm də müvəqqəti yaşamaq üçün böyük şəhərlərə axın edən vətəndaşlara da ciddi problemlər yaradır. Bu istiqamətdə ciddi problem ondan başladı ki, ilk öncə Bakı şəhərində çox köhnəlmiş, aşınmış yaşayış ərazilərinin sökülməsi, orada olan ucuz kirayə qiymətlərində olan evlərin azalması və həmçinin də həmin yerlərdə satılan ucuz evlərin azalması ilə səciyyələnməyə başladı. Pilot layihələrin həyata keçirilməsindən öncə, təxminən 10 il bundan qabaq və sonradan tədricən əhalinin təbii artımı, şəhərin azalan inşaat həcmi buna gətirib çıxardı ki, tədricən daşınmaz əmlak qiymətləri qalxmağa başladı. Bu, 2020-ci ildən, pandemiyadan sonra başladı və proses dayanmadan davam edir.

Daşınmaz əmlak eksperti vurğulayıb ki, hər ilə ən azı 10-12 faiz qiymət artımı müşahidə olunur. Bu, öz növbəsində ipotekalara da müraciətlərin sayının çoxalmasına səbəb oldu. Dayanmadan da bazarda olan artım ilk öncə daşınmaz əmlakın həm kirayə həm də satışda olan qıtlığı ilə bağlıdır. Tikinti şirkətlərinin bazarda az aktivliyi, rəqabətin az olması buna gətirib çıxarıb ki, qiymətlər dayanmadan artır.
Yaxın vaxtlarda isə elan olunan 194 istismar müddəti bitmiş binaların, hansılar ki, sökülməsi prosesi başlayacaq, çox güman ki, vətəndaşlar kirayə üçün qəti şəkildə köçürüləcək. Bu da kirayə qiymətlərinə çox ciddi şəkildə təsir edəcək.

Elnur Azadov çıxış yolu barədə bildirib ki, yalnız tikinti şirkətləri üçün dövlət tərəfindən şərait yaradılmalıdır. 2020-ci ildən etibarən Arxitektura Komitəsi tərəfindən tikintiyə icazələrin verilməsi dəfələrlə azalmışdır. Bu, Bakı şəhərinin baş planı ilə bağlı söylənilirdi. Lakin baş plan artıq 2 ilə yaxındır ki, təstiq olunub amma buna baxmayaraq tikintiyə verilən icazələrin sayı olduqca azdır. Hazırda bir çox tikinti şirkətləri müfafiq icazələrin verilməsini gözləməkdədirlər. Bu proses uzandıqca iqtisadiyyatımıza da ciddi təsir edir. Çıxış yolu yalnız budur. Tikinti şirkətləri nə vaxt aktiv şəkildə bazara çıxarılarsa, böyük həcmdə daşınmaz əmlak ərsəyə gələrsə, onun alıcılıq qabiliyyəti aşağı düşərsə, rəqabətlə bağlı təklif həddindən artıq çox olarsa bu zaman qiymətlərin stabilləşməsi, həmçinin kirayə mənzillər də kifayət qədər olarsa qiymətlər aşağı düşər. Amma bu yaxın zamanlar üçün proqnoz olunmur.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 İyul 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri