Icma.az
close
up
RU
Kirayə mənzillərin qiyməti bahalaşacaq? Açıqlama

Kirayə mənzillərin qiyməti bahalaşacaq? Açıqlama

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi təklif edilib. Bu dəyişiklik Vergi Məcəlləsinə ediləcək yeni düzəlişlər paketində yer alıb.

Qərar kirayə mənzillərin qiymətinin artmasına gətirib çıxaracaqmı?

Mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Banco.az-a bildirib ki, əmlak vergisi daha öncədən də vardı:

“Amma bu zaman əmlakın ayrılıqda ev, ticarət obyekti olduğu göstərilmirdi. Yəni, yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsinin vergisi ikisi birlikdə 14% idi. Yeni dəyişiklikdən sonra evi obyektdən ayırdılar, ticarət obyekti qaldı 14%, evləri isə 10%-ə endirdilər.

Dünya təcrübəsindən nümunə götürsək görərik ki, vergi yuxarı olanda insanlar vergiyə cəlb olunmaqdan, könüllü vergi verməkdən yayınırlar. Fikrimcə, 10% vergi də çoxdur. Bu, haradasa 4-5% olsaydı, daha yaxşı olardı.

Bu da vergi ödəyicilərin, əmlak sahiblərinin könüllü şəkildə, daha asan yollarla vergiyə cəlb olunmasına səbəb olardı. Nəzərə alsaq ki, evin təmiri, əşyaları var və s. var. Yəni normal bir evdə əgər bütün əşya-avadanlığı yığırsansa, bu, təxminən 8-10 minə qədər vəsait tələb edir. Bəlkə də daha çox. Əşyalar istifadə edildikcə köhnəlir, istismar müddəti başa çatır, ya qırılır, ya xarab olur, ya da dəyişmək lazım olur.

Əmlak sahibi 8-10 ildən bir həmin əmlakdan gəlir götürmək üçün yenə də bura sərmayə qoymalı olur. Çünki sərmayə qoymasa, orda heç kim yaşamaz və yaxud çox aşağı qiymətə kirayə verilə bilər”.

Ekspert bildirib ki, bunların hamısı şərtdir: “Kirayə verən aldığı pulu öz cibinə qoyur, amma sonra bu kimi xərcləri yenə də çəkməli olur. Bu nöqteyi nəzərdən mən belə düşünürəm:

“Tərəflər arasında müqavilə bağlamaq əmlak sahibi üçün də özünü kompensasiya etmək deməkdir. Çünki mənzil müqavilə şəklində verilsə, burada sınanı qırılanı, dağıdılanı evdə yaşayan ödəyər və yaxud kirayəçilər evi müxtəlif məqsədlər üçün istifadə edə bilməz. Kirayəçi və əmlak sahibinin arasında müqavilə olarsa, bu, bir növ əmlak sahibini qoruyur. Gələcəkdə mənzildə hər hansı qayda pozuntusu, cinayət və s. kimi bədbəxt hadisələr zaman əmlak sahibi həmin müqavilə əsasında məsuliyyətə cəlb olunmur.

Çünki o, qanuni şəkildə evini kirayə verir və bütün məsuliyyət kirayə yaşayanın üzərinə düşür. Digər bir tərəfdən də mənzilə, əşya və avadanlığa zərər dəyərsə, bu müqavilə əsasında əmlak sahibi kirayəçini məhkəməyə verərək həmin dəymiş zərəri məhkəmə yolu ilə ondan ala bilər.

Keçmiş praktikadan da bildiyimiz kimi, belə verginin çox olması təxminən 90% hallarda əmlak sahiblərinin vergidən yayınmasına səbəb olur. Vergi az olsa, 100% də olmasa, təxminən 95% əmlak sahibi könüllü şəkildə vergiyə cəlb olardı və onun üçün bu vergini vermək çox ağır olmazdı”.

Ekspert qonşu ölkələrdəki vəziyyətlə müqayisədə bildirib ki, bu ölkələrdə 4-5% və 6%-dən dən yuxarı əmlak vergisi yoxdur: “Əmlak vergisi az olarsa, büdcəyə daha çox vəsait yığılar”.

A.Nəsirov qeyd edib ki, dəyişikliyin qiymətlərə ciddi təsir edəcəyini düşünmürəm: “Artım olsa da, simvolik faizlər ola bilər. Kirayə evlərin qiymətinə ciddi təsirlər, tələbatın çox olmağından, tələbin təklifi üstələməyindən irəli gəlir. Əsas faktor budur. Yəni, mənzil çatışmazlığı zamanı və kirayəyə götürənlərin sayının çox olması səbəbilə qiymət artımı müşahidə olunur, nəinki vergi ilə əlaqədar. Əsas təsir tələb təklifi üstələdiyi zaman baş verir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri