Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Kirayə üsulu ilə mənzillərin satılması ilə bağlı hara müraciət edək? EKSPERT AÇIQLADI

Kirayə üsulu ilə mənzillərin satılması ilə bağlı hara müraciət edək? EKSPERT AÇIQLADI

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Kirayə üsulu ilə mənzillərin satılması prosedurlarında vətəndaş Elektron İpoteka və Kredit Zəmanət sisteminə müraciət etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.

Vüqar Oruc sözlərinə belə davam edib: “Elektron hökumət portalına inteqrasiya olunmuş Elekrton İpoteka və Kredit Zəmanət sisteminə müraciət etməlidir. Həmçinin, öz ailə tərkibi ilə bağlı tələblərə cavab verməlidir. Bunlar hansılardır? İlkin qiymətləndirmə üçün qarşı tərəfin nə dərəcədə kirayə mənzil əldə edib-etməməsinə qərar vermək üçün istifadə olunur. Yəni, həmin suallar müsbət cavablandırıldıqda, müraciət qəbul olunur və satış öhdəliyi ilə Elektron İpoteka və Kredit Zəmanət sistemində vətəndaşla müqavilə bağlanılır. Müqavilə bağlanana qədər ilkin qiymətləndirilmə aparılır.

İlkin qiymətləndirmə kriteriyaları:

1.Azərbaycan Respublikası vətəndaşı olması;
2. Məhkumluğun olub-olmaması ilə bağlı arayışın təqdim edilməsi;
3. ⁠Müraciət anına öhdəliklərin olub-olmaması ilə bağlı məlumat
4. ⁠Müraciət edən şəxsin yaşı 60-dan artıq olmaması;

Müqavilədə göstərilən müddətlə muraciət edən şəxsin yaşının cəmi 70-dən artıq olmamalıdır. Bu müqavilə əsasında şəxsin ödəniş üçün ömür vaxtının yetərli olması ilə bağlı faktordur.

Ölkədə bütün vətəndaşlara ömür müddəti tədbiq olunur. Bundan əlavə, sənədlə rəsmi qayda da təsdiqlənmiş gəlirlərə malik olması. Bu problemlər və yuxarda qeyd olunmuş ilkin qiymətləndirmə də hər hansı bir problem meydana çıxırsa, o zaman müqavilənin bağlanmasına imtina olunur.

Sonra bu ilkin qiymətləndirmədə müraciət edən şəxsin və ailə üzvlərinin verilən suallara cavab verib-vermədiyi müəyyənləşdirilir. Onların ilk növbədə probleminin krediti olmaması, ödəniş qabiliyyətinin olması müəyyən olunur. Müraciətlərə baxılma aşağıdakı formalar əsasında həyata keçirilir.

İlk olaraq müraciət edildikdən sonra görüş keçirilir. Müraciət edən şəxslə və əgər onunla bərabər hansısa ailə üzvü də müraciət edibsə, yəni birgə müraciətdirsə, həmin şəxslərin birgə görüşü keçirilir. Müvafiq orqanın nümayəndəsi ilə həmin görüşdə kredit tarixçəsi, kredit tarixçəsində hər hansı problemin olub-olmaması, gəlirləri barəsində məlumatlar təqdim olunur. Lazım olan sənədlər, yəni hüquqi sənədlər, müvafiq qarşı tərəfə təqdim olunur. Həmin görüş növbəli şəkildə həyata keçirilir. Yəni sistem üzrə kim ilk müraciət edibsə, məhz həmin şəxs görüşə dəvət olunur. Bu sıralama bütün prosedur hallarda gözlənilir.

Mütəxəssislər tərəfindən ikinci mərhələ kredit tarixçəsinin təhlilidir. Yəni əvvəllər olan kreditlər, onların verilməsi, ödənişlərin gecikib-gecikməməsi və təbii ki, son 24 ay və yaxud da 60 gün müddətində gecikdirilmiş kreditin olub-olmaması müəyyən olunur. Gəlirlərlə bağlı dəqiq, səhih məlumatlar əldə edilir. Məsələn, əgər sahibkardırsa, sahibkar son 12 ay müddətində fəaliyyəti ilə bağlı rəsmi məlumat verir. İş yerindən arayışlar və sistemdən çıxarışlar təqdim olunur ki, həmin şəxsin gəlirləri barədə qarşı tərəfdə təsəvvür yaransın.

Son 12 ay ərzində və 90 gündən çox gecikdirilmiş öhdəliyi olduqda, kredit tarixçəsi müştərinin mənfi kimi qiymətləndirilir. Bir çox hallarda həmin şəxsə müqavilə bağlanmasından imtina olunur. Gəlirlərlə bağlı məlumata eynilə İpoteka və Kredit Zəmanət Fonduna müraciət edən şəxslərə tətbiq olunan öhdəliklər burada da öz əksini tapır.

Mənzil kirayəsində yenə də sahibkarlıq fəaliyyəti varsa son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu barədə məlumat təsdiqlənməlidir. Pensiyalar, sosial müavinətlər, alimentlər və s. digər gəlirlər bu rəsmi gəlirlərə aid edilir. Bu barədə məlumatlar təqdim olunmalıdır, sistemdən çıxarışlar verilməlidir və vətəndaşın həm Azərbaycan Respublikasında əldə edilən, həm də ölkə hüdudlarından kənardakı mənbələrdən əldə etdikləri gəlirlər bu prosesdə nəzərə alınır. Əsas amil vətəndaşın mövcud orta aylıq gəlirinin kirayə məbləğini ödəmək üçün yetərli olmasıdır. Yəni həmin məbləğdən müəyyən ödənişlər və müəyyən öhdəliklər çıxılır. Məsələn, ailə üzvləri varsa ailə üzvlərinin minimal xərcləri öz əksini tapır. Təqribən yaşayış minumum qədər 190 manat dəyərindədirsə, o qədər məbləğ çıxılır. Yerdə qalan məbləğ kifayət edirsə ki, ərizəçi kirayə müqaviləsini ödəsin o zaman bu məsələyə müsbət yanaşılır və daha bir mərhələdən keçmiş hesab olunur. Bütün mərhələlərdən keçəndən sonra fondun səlahiyyətli nümayəndəsi ilə kirayə üçün müraciət edən mənzil alqı-satqısına müraciət edən şəxs arasında notarial qaydada müqavilə rəsmiləşdirilir. Burada bir şərt var ki, son 12 ayın kirayə ödənişi 12 misli ilkin ödəniş kimi ərizəçidən qəbul edilir. Əgər əlavə ödənişlərdə edirsə bu 12 mislindən əlavə o zaman yerin və mənzilin, yaşayış sahəsinin seçilməsində daha fərqli və qiyməti yüksək olan variantların seçilməsi üçün şərait yaradılır”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri