Icma.az
close
up
RU
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?

Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Kirayə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri kirayənişinin hansı hallarda yaşayış yerini tərk etməli olmasıdır. Bəzən ev sahibi kirayəçini istədiyi vaxt mənzildən çıxara biləcəyini düşünsə də, qanunvericilik bu məsələdə hər iki tərəfin hüquq və vəzifələrini müəyyənləşdirir.
Bəs kirayənişin hansı hallarda evdən çıxarıla bilər və bunun üçün hansı hüquqi əsaslar tələb olunur?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında kirayəçinin evdən çıxarılmasının yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda mümkün olduğunu deyib.
Onun sözlərinə görə, bu, ev sahibinin kirayəçini özbaşına və ya zor tətbiq etməklə mənzildən çıxara bilməsi anlamına gəlmir:
"Hətta kirayə müqaviləsinin müddəti başa çatsa və ya kirayəçi öhdəliklərini pozsa belə, mülkiyyətçi onu məhkəmə qərarı olmadan mənzildən çıxarmaq hüququna malik deyil. Kirayəçinin evdən çıxarılmasına səbəb ola biləcək əsas hallardan biri kirayə müqaviləsinin müddətinin başa çatmasıdır. Bu halda kirayəçi mənzili boşaltmalıdır. Digər əsas isə kirayəçinin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsidir. Məsələn, kirayə haqqının uzun müddət ödənilməməsi, əmlaka zərər vurulması, mənzildən təyinatı üzrə istifadə edilməməsi və ya müqavilənin digər şərtlərinin pozulması ev sahibinə müqaviləyə xitam verilməsi və kirayəçinin çıxarılması üçün əsas yarada bilər”.
Hüquqşünas əlavə edib ki, qeyd olunan halların heç biri ev sahibinə kirayəçini özbaşına evdən çıxarmaq səlahiyyəti vermir:
"Mülkiyyətçi qapının kilidini dəyişmək, kirayəçinin əşyalarını çölə çıxarmaq, kommunal xidmətləri qəsdən dayandırmaq və ya başqa üsullarla onu mənzili tərk etməyə məcbur etmək hüququna malik deyil. Əgər kirayəçi mənzili könüllü şəkildə tərk etmirsə, mülkiyyətçi məhkəməyə müraciət etməlidir. Yalnız məhkəmənin qərarı əsasında kirayəçinin mənzildən çıxarılması həyata keçirilə bilər. Başqa sözlə, kirayəçinin evdən məcburi qaydada çıxarılması yalnız məhkəmə qərarı və qanunla müəyyən edilmiş icra prosedurları çərçivəsində mümkündür”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 İyul 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri