Icma.az
close
up
RU
Kirayənişin hansı hallarda evdən çıxarıla bilər?

Kirayənişin hansı hallarda evdən çıxarıla bilər?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Kirayədə qalanların qarşılaşdıqları əsas problemlərdən biri ev sahibinin onları yaşayış yerindən nə vaxtsa çıxarmaları olur. Aydın məsələdir ki, artıq uyğunlaşmağa başladığı evdən çıxmaq şəxsi yenidən eyni prosesi təkrarlamağa - yaşayış yeri axtarmağa, vaxt itkisinə vadar edir.  

Bəs qanunla ev sahibi kirayəçi ilə bağladığı müqaviləni hansı hallarda poza bilər?

Ölkə.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Mülki Məcəlləyə əsasən, yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Yəni tərəflərin hər birinin müqaviləni ləğv etmək hüququ var. Həmçinin yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın da qüvvəsi yoxdur.

Qanunvericiliyə görə, kirayə müqaviləsinə onun bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, tərəflərdən biri müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bildiriş yazılı formada verilməlidir və müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 

Həmçinin kirayəyə verənin müqaviləyə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır:

- Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;

- Kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda və digər hallarda.

Kirayəyə verən özü yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayə müqaviləsini özünün marağı olmadan da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun tətbiq edilir.

Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən də aşağıdakı hallarda kirayə müqaviləsini ləğv edə bilər:

- Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;

- İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

Ümumilikdə isə tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən ciddi şəkildə pozursa, müqavilə xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. 

Lakin bütün bu hallar kirayə verənlə kirayəçi arasında müqavilə bağlandığı halda qüvvədədir. Təcrübədə isə sözügedən tərəflər daha çox öz aralarında olan şifahi razılaşmaya üstünlük verirlər. Bu isə yaranan mübahisələrin hüquqi çərçivədə həllinə imkan yaratmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri