Icma.az
close
up
RU
Kirayəçi qadın tanınmış jurnalistin mənzilini qarət edib

Kirayəçi qadın tanınmış jurnalistin mənzilini qarət edib

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kirayəçi qadın tanınmış jurnalistin mənzilini qarət edib

Əməkdar jurnalist Afət Telmanqızının mənzili qarət olunub.

AzPost bildirir ki, bu barədə jurnalist daxili işlər naziri Vilayət Eyvazova müraciətində bildirib.

O müraciətində bildirib ki, Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında ( şəhid qızı deyil-red) Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir. Artıq bir neçə fakt da təsdiqini tapıb.

“Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, kirayə haqqını ödəyəcəm deməklə yalan vədlər verərək, vaxt uzadır ən sonunda kirayə qaldığı evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanşı ilə birgə silsilə oğurluqlar edir. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Və Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib”.

A.Telmanqızı əlimizdə video görüntülər olduğunu deyib. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. (Kompyüter, planşet, telefon və sair) Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub.

“Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır. Hazırda səs yazısı göndərib mənə hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluqmu edir? Dələduzluqmu edir? Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Gələcəkdə digər qurbanların olmaması üçün, bu qadın təcili həbs edilməlidir! Cənab nazir! Xahiş edirəm işi ciddi nəzarətə götürəsiniz”

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Fevral 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri