Icma.az
close
up
RU
Kirayəlik evlər niyə azalır? Əmlak eksperti açıqladı

Kirayəlik evlər niyə azalır? Əmlak eksperti açıqladı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Universitetlərin yeni tədris ilinə başlaması tələbələrin kirayə mənzil axtarışını artırır. Bu isə xüsusilə tələbələrin daha çox üstünlük verdiyi ərazilərdə kirayə qiymətlərinin yüksəlməsi ehtimalını gündəmə gətirir. Eyni zamanda, tələbin artması ümumi mənzil bazarına da təsir göstərə bilər.
Universitetlərin açılması kirayə və mənzil qiymətlərinə necə təsir edəcək? Xüsusilə hansı ərazilərdə qiymət artımı gözlənilir?
Əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarı əsasən özünü tənzimləyən bazardır:

"Bazarın iş prinsipi tələb və təklif üzərində qurulub. Yəni istər satış, istərsə də kirayə bazarında tələbat artdıqda qiymətlər yüksəlir. Əksinə, təklif çoxaldıqda qiymətlər aşağı düşür. Kirayə verənlər və mənzil axtaranlar arasında yaranan rəqabət də qiymətlər aşağı düşür. Məhz bu nöqteyi-nəzərdən 2019-cu ildən başlayaraq Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binalar, həyətlər və kvartallar mərhələli şəkildə sökülərək onların yerində müasir tələblərə cavab verən, müasir memarlıq üslubunda binalar və komplekslər inşa edilir. 2019-cu ildən etibarən həmin həyətlərin və binaların sökülməsi zamanı orada yaşayan vətəndaşlar tikinti şirkətləri tərəfindən kirayə mənzillərlə təmin olunur. Sakinlər yeni mənzillərə köçürülür, bina tikilib istifadəyə verilənədək kirayə mənzillərdə yaşayırlar və bu müddət ərzində kirayə haqqı şirkət tərəfindən ödənilir. Bina tikilib başa çatdıqdan sonra isə həmin sakinlər yenidən öz mənzillərinə qaytarılır. 2019-cu ildən pilot layihə çərçivəsində həyata keçirilən bu söküntülər zamanı kirayə mənzillərə tələbat hər il daha da artıb. Nəzərə alsaq ki, bir binanın və ya kvartalın böyüklüyündən asılı olaraq tikintisi minimum 2,5-3 il vaxt aparır, bu zaman həmin mənzillər uzun müddət ərzində yenidən kirayə bazarına qayıtmır. Məsələn, bir kvartaldan 50 vətəndaş kirayə mənzilə köçürülürsə, həmin ailələrin ən azı 2,5-3 il müddətində kirayə mənzillərdə yaşaması deməkdir. Bu isə həmin mənzillərin qısa müddətdə yenidən kirayə bazarına çıxmamasına səbəb olur. 2019-cu ildən başlayaraq söküntülərin sayı və miqyası artdıqca kirayə mənzillərə tələbat da yüksəlib. Eyni zamanda, bu mənzillər uzun müddət bazara qayıtmayıb. Hazırda, 2026-cı ildə də kirayə mənzillərə tələbat yüksək olaraq qalır".
Ekspert xüsusilə avqust-sentyabr aylarında yeni dərs ilinin başlaması ilə əlaqədar kirayə bazarında ciddi canlanmanın müşahidə olunduğunu söyləyib:
"Universitetə yeni qəbul olan tələbələrin, eləcə də əvvəlki illərdə təhsil alan və yay tətili üçün rayon və bölgələrə gedən tələbələrin Bakıya qayıtması kirayə bazarına ciddi təsir göstərir. Hər il bu dövrdə tələbələrin kirayə mənzillərə müraciətinin artması bazarda sıxlıq yaradır. Lakin 2026-cı ildə bu tələbatın əvvəlki illərlə müqayisədə daha da artdığını müşahidə edirik. Bunun əsas səbəblərindən biri kirayə mənzillərin sayının azalması, digər tərəfdən isə tələbələrin sayının çox olmasıdır. Xüsusilə söküntü və yenidənqurma layihələri çərçivəsində kirayəyə götürülən mənzillərin qısa müddətdə bazara qayıtmaması tələbələrin ev tapmasını çətinləşdirib. Yeni dərs ilinin başlanması ilə əlaqədar universitetə yeni qəbul olunan tələbələrin və təhsilini davam etdirmək üçün yay tətilindən sonra Bakıya qayıdan tələbələrin kirayə bazarına müraciət etməsi tələbatı daha da artırıb. Bunun nəticəsində kirayə mənzillərin qiymətlərinin yüksəlməsi də qaçılmaz olub. Tələbələrin ən çox müraciət etdiyi ərazilər isə ali məktəblərə yaxın və ya nisbətən yaxın ərazilərdir. Tələbələr gediş-gəlişlərini asanlaşdırmaq üçün təhsil müəssisələrinə yaxın ərazilərdə ev axtarırlar. Bu səbəbdən həmin ərazilərdə yerləşən kirayə mənzillərə tələbat daha yüksək olur və bu da qiymətlərə təsir göstərir. 2019-cu ildən başlayaraq kirayə bazarında tələbin artması ilə hər il müəyyən faiz nisbətində qiymət artımı müşahidə olunur. Əvvəlki illərlə müqayisə etdikdə görürük ki, 2019-cu ildən əvvəl kirayə bazarına hər il təkrar olaraq 30-40 mənzil çıxarılırdısa, hazırda bu rəqəm əhəmiyyətli dərəcədə azalıb. Mənzillərin sayının azalması prosesi isə hazırda da davam edir. Hazırda kirayə mənzillərə tələbat yüksəkdir və kirayə üçün müraciət edənlərin təxminən 90-95 faizini tələbələr təşkil edir".
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri