Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Subasma riski olan ərazilərdə evlər ucuzlaşacaq? Əmlak eksperti açıqladı

Subasma riski olan ərazilərdə evlər ucuzlaşacaq? Əmlak eksperti açıqladı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Payız mövsümündə yağışların başlaması ilə subasma riski yüksək olan ərazilərdə həyət evlərinin qiymətində ucuzlaşması iddia olunur. Xüsusilə Zabrat, Maştağa, Ramana, Savalan, Masazır, Mehdiabad, Saray, Bülbülə və Hövsan kimi ərazilərdə qiymətlərin 8-18 faizədək enə biləcəyi bildirilir. Alıcıların ev seçərkən drenaj və subasma riskinə daha çox diqqət yetirməsi bu ərazilərdə satışların da zəifləməsinə səbəb ola bilər.
Payızda yağışların başlaması subasma riski yüksək olan ərazilərdə həyət evlərinin qiymətinə necə təsir edəcək və hansı qəsəbələrdə ucuzlaşma daha çox gözlənilir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov payız mövsümünün gəlişi ilə Bakı və Abşeron yarımadasında subasma riski yüksək olan ərazilərdə fərdi yaşayış evlərinin qiymətində və likvidliyində ciddi geriləmələrin baş verəcəyinin gözlənildiyini deyib:

“Lakin bu vəziyyətə yalnız mövsümi yağıntıların nəticəsi kimi yanaşmaq düzgün deyil. Burada həm illər ərzində yığılıb qalan şəhərsalma problemləri, həm də ölkədə daşınmaz əmlak və tikinti sektorunda gedən genişmiqyaslı şəffaflaşma prosesi mühüm rol oynayır. Hazırda ölkədə daşınmaz əmlak və tikinti sektorunda ciddi şəffaflaşma prosesi gedir. Yaxın gələcəkdə icbari sığorta mexanizmlərinin, mülkiyyət sənədlərinin tam qaydasında olmasının, eləcə də ərazinin faktiki yaşayış üçün geoloji və mühəndis baxımından uyğunluğunun daha ciddi nəzərə alınacağı gözlənilir. Hətta çıxarışı olan əmlaklar üçün də yerləşdiyi ərazinin yaşayış üçün yararlılığı məsələsi ön plana çıxa bilər. Beləliklə, relyef baxımından əlverişsiz, subasma riski yüksək olan və ya qanunsuz zəbt edilmiş torpaqlarda salınan yaşayış massivləri yalnız təbii risklərlə deyil, dövlətin inzibati qaydaları və standartları ilə də üz-üzə qala bilər. Yaşayış üçün yararsız zonalarda yerləşən mülklərin sığortalanması, girov qoyulması və rəsmi daşınmaz əmlak əməliyyatlarına cəlb edilməsi getdikcə çətinləşə bilər. Digər mühüm problem isə infrastrukturun mövcud vəziyyətidir. Məsələn, Masazır kimi böyük yaşayış məntəqələrində mərkəzləşdirilmiş kanalizasiya sisteminin imkanları məhduddur. Xırdalan şəhərində kanalizasiya sisteminin isə vaxtilə daha az əhali üçün nəzərdə tutulduğu və hazırda ciddi yüklənmə ilə işlədiyi bildirilir. Plansız salınan yaşayış massivləri də yağış sularının axıdılmasını çətinləşdirir və nəticədə yol və digər infrastruktura ciddi ziyan dəyir”.
Ekspert əlavə edib ki, eyni ərazidə fərqli qiymətlərin formalaşması da alıcı üçün müəyyən siqnallar yaradır: 
“Məsələn, Masazırda 100 kvadratmetrlik mənzilin qiyməti 150 min manat civarında olduğu halda, kustar üsulla tikilmiş 100 kvadratmetrlik həyət evinin 35-40 min manata təklif edilməsi diqqət çəkir. Belə ciddi qiymət fərqi bünövrənin keyfiyyəti, drenaj sistemi, sənədləşmə və rəsmi infrastrukturun mövcudluğu kimi amillərlə bağlı risklərin araşdırılmasını zəruri edir. Subasma riski yüksək olan ərazilərdə, o cümlədən Zabrat, Maştağa, Ramana, Savalan massivi, Masazırın çökək hissələri, Mehdiabad, Saray, Bülbülə və Hövsanın zəif infrastruktura malik zonalarında qiymətlərin aşağı düşməsi və əmlakların satılma müddətinin uzanması ehtimalı yüksəkdir. Dəqiq faiz proqnozu vermək çətindir. Çünki bazara yalnız iqlim və yağıntılar deyil, eyni zamanda formalaşmaqda olan inzibati tədbirlər və nəzarət mexanizmləri də təsir göstərəcək. Bunun əksinə olaraq, alıcıların hündür relyefli, dayanıqlı və infrastrukturu formalaşmış ərazilərə marağının artacağı gözlənilir. Bakı şəhərində Şıxov, Badamdar, Yeni Günəşli və mikrorayonlar kimi daha yüksək ərazilərdə, eləcə də subasma riskinin aşağı olduğu və mühəndis-kommunikasiya şəbəkələrinin formalaşdığı zonalarda əmlakın qiymət artımı davam edə bilər. Mərdəkan, Şüvəlan və Bilgəh kimi infrastrukturu daha yaxşı formalaşmış bağ massivlərində də qiymətlərin dayanıqlığını qoruması və artım tendensiyasının davam etməsi mümkündür. Bütün bunlar göstərir ki, daşınmaz əmlak bazarında alıcıların yanaşması dəyişir. Artıq yalnız evin görünüşü, təmiri və qiyməti deyil, torpağın relyefi, drenaj imkanları, infrastrukturun vəziyyəti, sənədləşmə və gələcək inzibati risklər də əmlakın dəyərinə və likvidliyinə təsir edən əsas amillərə çevrilir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Avqust 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri