Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Sumqayıtda ər arvadına şiddət göstərdi TƏFƏRRÜAT

Sumqayıtda ər arvadına şiddət göstərdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Vəfadar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mələyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə  Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində baş verib. Vəfadar orada yerləşən fərdi yaşayış evində olan zaman yumruqla arvadının şəxs başına, burun nahiyyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Vəfadarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəfadar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mələy həyat yoldaşı, Bahar isə qaynanasıdır: “Mələylə  2022-ci ildə evlənmişik. Birgə nikahımızdan 2023-cü il təvəllüdlü bir azyaşlı övladımız var. Ailə qurduqdan sonra normal münasibətlərimiz olub. Şabran rayonunun kəndində valideyinlərimin evində birlikdə yaşamışıq. Hər ailədə olduğu kimi arada bizim də narazılıq, söz-söhbət olub. Təxminən 1 ilə yaxındır Şabran rayonunda olan zaman aramızda baş vermiş münaqişə zamanı Mələyi döydükdən sonra o barəmdə polisə şikayət etdi və acıq edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan anasının yanına gəldi, anasının yanında qaldı. Mən Mələylə barışmağa cəhd etmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə işdən evə gələndə Mələy nə üçün evə gec gəldiyini bildirib: “Mən Mələyə işdən gec çıxdığımı, sonra isə bərbərə gedərək saçımı kəsdirdiyimi bildirsəm də, Mələy mənə inanmayaraq başqa yerdən gəldiyimi bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı onun boynuna, başına və burun nahiyyəsinə əlim ilə zərbə vurdum. Səslərinə Aytacın anası Bahar xala öz yaşadığı otaqdan çıxaraq bizim yaşadığımız otağa gəldi. Anası üzərimə qışqırdı, paltarımın yaxasından tutaraq məni evdən bayıra çıxardı. Sonra mən oradan çıxaraq Şabran rayonuna, öz evimizə getdim. Səhəri gün isə Mələy barəmdə polisə şikayət etdiyi üçün məni Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etdikləri üçün bölməyə gəldim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mələyin sözlərinə görə, əri Vəfadar spirtli içkiyə meyilli insandır və valideyinlərinin sözü ilə daim evlərində söz-söhbət yaradıb, heç bir səbəb olmadan onu döyüb: “Mən Vəfadarın barəsində şikayətçi olmamışam. Hətta boşanmaq üçün məhkəməyə müraciət etsəm də, sonda barışmışıq. Sonuncu dəfə 2024-cü ilin may ayında Vəfadar məni Şabran rayonnun kəndində yaşadığımız evdə döydü. Mən bu barədə polisə şikayət etdim. Lakin, yenə övladımın xətrinə onu bağışladım, qızımı götürərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan valideyinlərimin yanına gələrək onlarla qaldım”. 
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 22:20-də işdən evə gec gəldiyi üçün Vəfadara harada olduğunu bildirib: “Vəfadar saçını kəsdirdiyini, usta tapa bilmədiyini dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Vəfadar yumruqla boynumun sol yan tərəfinə, başıma və burun nahiyyəmə zərbə ilə vuraraq məni döydü. Səsə bizimlə eyni evdə, başqa otaqda yaşayan anam gəldi. Anam Vəfadarın üzərinə qışqırdı, onu evdən bayıra çıxardş və bu barədə 102 xidmətinə zəng edərək məlumat verdi”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vəfadarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri