Icma.az
close
up
RU
Kişi müəllimlər üçün yeni maaş təklifi: Minimum 1500 manat...

Kişi müəllimlər üçün yeni maaş təklifi: Minimum 1500 manat...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Deputat Aydın Mirzəzadə Milli Məclisin pelnar iclasında deyib ki, orta məktəblərdə kişi müəllimlərin sayının az olması gender pozuntusudur. Onun sözlərinə görə, bu pozuntunun aradan qaldırılması üçün müdürlər və müavinlər kişi olmalıdır. Lakin sirr deyil ki, ölkədə müəllim maaşı az olduğu üçün kişilər bu peşəyə sahiblənmək istəmirlər. Əksəriyyət də maaşın yüksək olduğu təqdirdə işləməyin mümkün olduğunu bildirir.

Kişi müəllimləri təhsil ocağına cəlb edə bilmək üçün maaş nə qədər olmalıdır?

Globalinfo.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov deyb ki, Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayının az olması illərdir müşahidə edilən, lakin hələ də sistemli həllini tapmayan ciddi bir problemdir.

Onun sözlərinə görə, bu tendensiya təkcə pedaqoji sahədə deyil, ümumilikdə cəmiyyətin gender balansında və ailə institutunun təhsil mühitindəki təmsilçiliyində öz mənfi izini qoyur:

“Əgər bu məsələ doğrudan da gender bərabərliyi kontekstində dəyərləndirilirsə, o zaman problemin kökünə enmək lazımdır: kişi müəllimlərin sayının az olması onların tənbəlliyi və ya maraqsızlığından yox, peşənin iqtisadi dayanıqsızlığındandır. Hazırda ölkədə müəllimlərin orta aylıq maaşı 150–1500 manat aralığındadır. Bu rəqəmlər isə ailə saxlayan, iqtisadi yükü daha ağır olan kişi üçün kifayət qədər qeyri-cəlbedici görünür. Dövlət Statistika Komitəsinin 2024-cü il göstəricilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı 990 manat təşkil edib. Bu o deməkdir ki, müəllimlərin çoxunun maaşı ölkə ortalamasından geri qalır. Halbuki təhsil sektoru bir dövlətin strateji sütunudur və burada çalışanların maddi təminatı yüksək olmalı, onların sosial sabitliyi dövlət tərəfindən xüsusi olaraq qorunmalıdır. Bu təminat olmadığı halda, kişilər ailə qurmaq və maddi sabitlik yaratmaq üçün daha çox gəlirli sahələrə üz tuturlar – bu da təhsilin maskalanmış sosial itkisinə gətirib çıxarır”.

Kamran Əsədovun fikrincə, məsələnin həllini isə yalnız təyinatla, yəni məktəb direktorlarının kişi olması ilə bağlamaq sadəlövh və populist yanaşmadır:

Kamran Əsədov

“Təhsildə kişi iştirakçılığını artırmaq üçün müəllimlik peşəsi maddi və mənəvi baxımdan cəlbedici edilməlidir. Real ailə büdcəsinə uyğun şəkildə hesabladıqda, kişi müəllimin ayda minimum 1200–1500 manat gəliri olmalıdır ki, bu peşəni əsas fəaliyyət sahəsi kimi seçsin və davam etdirsin. Ailə kirayəsi, kommunal ödənişlər, uşaq baxımı və gündəlik xərclər fonunda hazırkı maaş bu minimum tələbi qarşılamır”.

Ekspert deyib ki, dünya təcrübəsi göstərir ki, müəllimlik peşəsinə hörmət və maraq birbaşa onun sosial statusu və əməkhaqqı ilə bağlıdır:

“Məsələn, Finlandiyada müəllimlərin maaşı ölkə ortalamasından yuxarıdır və bu sahəyə daxil olmaq yüksək təhsil göstəriciləri tələb edir. Yaponiya və Cənubi Koreyada müəllimlər dövlət qulluqçularından 10–20 faiz daha yüksək maaş alır və ciddi peşəkar inkişaf imkanları ilə təmin olunurlar. Estoniyada müəllim maaşları 2024-cü ilə olan məlumata görə, artıq orta əməkhaqqının 110 faizini keçib. Nəticədə bu ölkələrdə müəllim peşəsi kişilər üçün də həm dəyərli, həm də iqtisadi cəhətdən cazibədar sahə sayılır. Azərbaycanda isə bu model əksinə işləyir: maaş aşağı, ictimai nüfuz qeyri-sabit, sosial təminat zəif olduğu üçün kişi müəllimlərin sistemə cəlbi günbəgün azalır. Məsələnin həllini yalnız idarəetmədə yox, sistemin kökündə – iqtisadi və institusional islahatlarda axtarmaq lazımdır. Əgər təhsilin əsas aparıcı qüvvəsi müəllimdirsə, o zaman bu qüvvəyə sərmayə yönəldilməli, şərait yaradılmalı, sosial sabitlik təmin edilməlidir. Əks halda, gender balansı deyil, təhsilin dayaqları sarsılacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri