Icma.az
close
up
RU
Pensiya və maaşlarla bağlı məbləğ açıqlandı: Minimum 1500 2000 manat…

Pensiya və maaşlarla bağlı məbləğ açıqlandı: Minimum 1500 2000 manat…

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar Azərbaycanda maaş və pensiyalarda artımlar olub. Bununla paralel olaraq ərzağın, dərman preparatlarının bahalaşması da müşahidə edilir. Vətəndaşlar bahalaşma səbəbindən maaş və pensiya artımının kifayət etmədiyini bildirirlər.

Azərbaycanda bir ailənin normal yaşaması üçün nə qədər pensiya və maaş bəs edər? Minimum əməkhaqqı, pensiya nə qədər olsa, insanlar rahat dolana bilər?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralının sözlərinə görə, hazırkı bahalığın fonunda əməkhaqları cılız qalıb, pensiyalar minimum xərcləri ödəyir.

O deyib ki, əhalinin gəlirləri ilə xərcləri bir-birinə adekvat deyil:

“Əməkhaqqı bir aylıq xərclərinə yetmir. Bir şəxs pensiya ilə istirahətə gedə bilmirsə, necə razı qalmaq olar? Qarnı tox olmayan, istirahət edə bilməyən, övladının ehtiyaclarını ödəyə bilməyən kim “xoşbəxtəm” deyər? Minimum əməkhaqqına nə almaq olur indi? Bir aylıq güzəranı təmin edə bilirmi? Təbii ki, yox. İkinci işə, daha çox qazana biləcəyimiz işə ehtiyacımız olur”.

L.Mehralının fikrincə, təqaüddə olan insanlar üçün vəziyyət daha çətindir:

“Əgər təqaüddə olan birinin başqa yerdən gəliri yoxdursa, vəziyyəti çətin olacaq. Heç təqaüd yaşına çatmayan, 50-55 yaşında insanlara iş verən yoxdur. Onlar ciddi formada işsizlik problemi yaşayır. Əgər ailə başçısıdırsa, himayəsində uşaqlar varsa, onları nə ilə təmin etməlidir? Yaxud minimum əməkhaqqı alsalar nəyə yetəcək? Uşaqpulu yox, sosial imtiyazlar, güzəştlər yox. Əməkhaqqı, pensiya artmalıdır ki, ehtiyaclar ödənilsin”.

Sosioloqun sözlərinə görə, bir ailənin normal yaşaması üçün minimum 1500-2000 manat vəsait tələb olunur:

“Baxın, 4-5 nəfərlik bir ailənin normal sosial təminatı üçün minimum 1500-2000 manat gəlir olmalıdır. Əgər uşaqlar repetitor yanına getmirlərsə, ailədə sağlamlıq problemi olan yoxdursa, səhiyyə xərcləri olmayacaqsa, kirayədə qalmırlarsa və s. bu məbləğ onların dolanışığı üçün normal hesab oluna bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri