Icma.az
close
up
RU
“Kişi müəllimləri məktəblərə qaytarmaq lazımdır” Təhsil ekspertindən ÇAĞIRIŞ

“Kişi müəllimləri məktəblərə qaytarmaq lazımdır” Təhsil ekspertindən ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dünən baş vermiş hadisə, əlbəttə ki, xoşagələn hal deyil. İlk növbədə, həmin məktəbdə baş verən hadisə nəticəsində yeddinci sinif şagirdi həyatını itirib. Hadisənin özü olduqca ağrılıdır. Yeddinci sinif şagirdi nə səbəbdən bu yaşda həyatını itirməlidir?"

Bunu Redaktor.az-a açıqlamasında Bakıdakı 225 saylı məktəbdə baş verən hadisələrlə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirdi.

O nəzərə çatdırdı ki, bu məsələdə jurnalist araşdırması da vacibdir:

"Jurnalistin işi hadisəni öyrənmək, onun niyə baş verdiyini araşdırmaq və cəmiyyəti məlumatlandırmaqdır. Məsələ təhsil sahəsində baş verdiyinə görə burada həssas məqamlara bütün tərəflərin maksimum diqqətlə yanaşması yaxşı olardı. Həyatını itirmiş uşağın valideynləri, daha doğrusu, bildiyim qədərilə anası dünyasını dəyişib. İstər yaxın qohumlar, istər məktəb kollektivi, istərsə də digər şəxslər bu məsələdə həssas davranmalıdırlar. Təbii ki, jurnalistlər də məsələyə həssas yanaşmalı, verdikləri suallarla qarşı tərəfdə qıcıq yaratmamağa çalışmalıdırlar. Bununla belə, hər iki tərəfdən maksimum təmkin, səbir və əzmkarlıq tələb olunur ki, tərəflər bir-birini başa düşə bilsinlər. Lakin görünən odur ki, dünən jurnalistlərə qarşı zorakılıq tətbiq olunub. Təhsil sahəsi ilə bağlı belə bir hadisənin baş verməsi, əlbəttə, xoşagələn hal deyil".

Ekspert hesab edir ki, kişi müəllimləri məktəblərə qaytarmaq lazımdır.

"Məktəb direktorlarının demək olar ki, əksəriyyəti qadınlardır. Düzdür, bu fikri səsləndirməklə qadınlara qarşı hər hansı mənfi niyyətim yoxdur. Sadəcə, düşünürəm ki, yetişməkdə olan gənc nəsil kişi müəllimlərdən qadın müəllimlərə nisbətən daha çox çəkinir. Qadın müəllimlər isə bəzən məsələyə analıq instinkti ilə, daha çox ana qayğısı və həssaslığı ilə yanaşırlar. Ona görə də ilk növbədə kişi müəllimləri və kişi məktəb rəhbərlərini təhsil prosesinə cəlb etməliyik. Düşünürəm ki, burada idarəetmə ilə bağlı da problem var. Bildiyim qədərilə, həmin məktəbin direktoru yoxdur və vəzifəni müvəqqəti icra edən şəxs var. 

Məktəblilərin bu cür davranışı isə yolverilməzdir. İllərdir kriminal mövzuların təbliği, kriminal musiqilər, kriminal aləmlə əlaqələndirilən mahnılar və kriminal avtoritetlərin təbliği barədə fikirlər səsləndiririk. Görünən odur ki, bütün bunlar uşaqlara da təsir göstərir. Valideyn nəzarətinin zəifliyi isə vəziyyətin bu həddə çatmasına səbəb olur. Valideynlər övladlarının zərərli vərdişlərdən uzaq durmasına birbaşa nəzarət etməli və bu prosesdə fəal iştirak etməlidirlər. Uşaqların hansı məzmunları izlədikləri, nələrə qulaq asdıqları mütləq diqqətdə saxlanılmalıdır ki, onların inkişafı arzuolunmaz istiqamətə yönəlməsin. Son dövrlər baş verən hadisələrlə bağlı provokatorlar da bu cür rəftarlara yol verə bilərlər, vətəndaşlarımız ayıq-sayıq olmalıdır", - deyə E.Əfəndi vurğuladı.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri