Icma.az
close
up
RU
Kişi qeyri rəsmi münasibətdə olduğu qadına xəsarət yetirdi

Kişi qeyri rəsmi münasibətdə olduğu qadına xəsarət yetirdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Hacıqabul rayonunda 32 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 23 noyabr 2024-cü ildə, gecə saat 4 radələrində baş verib. 1993-cü il təvəllüdlü Əfqan Hacıqabul şəhərində yerləşən mənzildə birlikdə yaşadığı Əntiqə (adlar şərtidir – red.) ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib. 
Belə ki, Əntiqə münasibətdə olduğu kişinin icazəsi olmadan işləyib və bu onların münasibətlərində gərginlik yaradıb. Bu zaman Əfqan qadının sol qol nahiyəsindən bir dəfə və üz nahiyəsinin sol hissəsindən iki dəfə qəsdən dişləyib. 
Zərərçəkmiş qadın onu əli ilə itələdikdən sonra qəsdən əlləri ilə onun boyun və sağ qolundan sıxaraq yumruqla burun nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arabir dostları ilə birlikdə Şirvan şəhərində yerləşən “Araba” adlanan hamama gedir: “2024-cü ilin avqustun 27-də, saat 21 radələrində yenidən hamama getdik. Həmin vaxt orada Əntiqə ilə tanış oldum. Mən onu bəyəndim və onunla tanış oldum. Biz birlikdə qeyri-rəsmi münasibət qurmağa başladıq. O, iki övladının olmasını dedi. Mən də onun Hacıqabul şəhərində yerləşən fərdi yaşayış evinə gedərək  onunla birgə qaldım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, təqribən 2 ay sonra Əntiqə maddi durumunun zəif olması səbəbi ilə Şirvan şəhərində yerləşən “001” adlanan kafedə işə düzəlib: “Mən bundan xəbər tutduqdan sonra Əntiqənin orada işləməsinə etiraz etdim. Ondan işdən çıxmasını tələb etdim. Noyabrın 13-də, saat 18 radələrində Əntiqənin iş yerinin qarşısına gedərək, ona sonuncu dəfə işdən çıxmasını, əks halda ondan ayrılacağımı bildirdim. O, isə işdən çıxmayacağını söylədi. Biz təqribən 5-10 dəqiqə mübahisə etdikdən sonra ayrılmaq qərarına gəldik”. 
Əfqanın ifadəsinə görə, daha sonra o, Salyan rayonunun kəndində yerləşən fərdi yaşayış evinə qayıdıb: “Arabir Əntiqəyə zəng edərək, ondan işdən çıxmasını tələb etmişəm. O, isə işdən çıxmayacağını bildirdi. Noyabrın 22-də, saat 20 radələrində Əntiqənin işlədiyi Şirvan şəhərində yerləşən kafenin qarşısına getdim, onu çölə çağırdım. Əntiqə çölə çıxanda yenidən işdən çıxması ilə bağlı sözlər dedim və aramızda mübahisə yarandı. Mən təqribən 10-15 dəqiqə onunla mübahisə etdikdən sonra onun istifadə etdiyi telefonu özündən aldım və onun evinə gedəcəyimi bildirdim”. 
Əfqan qeyd edib ki, noyabrın 23-də, gecə saat 4 radələrində Əntiqə yaşadığı evinə gəlib: “Mən Əntiqə ilə qapıda rastlaşdım və birlikdə evə keçdik. Birlikdə yemək yedikdən sonra yenidən iş məsələsi ilə bağlı aramızda mübahisə başladı. Əntiqədən işdən çıxmasını və işə getməməsini bildirdim. O, isə maddi durumunun zəif olmasını və işə ehtiyacı olduğunu bildirdi. Bundan əsəbləşərək zarafatca onun üzündən dişlədim. O, isə məni ani olaraq itələdi. Qəflətən əsəbləşərək onun boynundan tutdum və burnuna yumruq vurdum. Daha sonra onun sağ qolundan və üz nahiyyəsinin sol tərəfindən dişlədim”.
Təqsirləndirilən şəxs bildirib ki, noyabrın 23-də, saat 9 radələrində Əntiqənin bacısı zəng edib və ona anasının səhhəti ilə bağlı problemi olduğunu, onu Hacıqabul rayon Mərkəzi Xəstəxanasına aparmasını bildirib: “Əntiqə də anasının yanına gedərək yenidən qayıdacağını bildirdi. Bundan sonra məlumat aldım ki, Əntiqə Hacıqabul Rayon Polis Şöbəsinə mənimlə bağlı şikayət edib. Bunu öyrəndikdən sonra gizlənməyə və polis əməkdaşlarının telefon çağırışlarına cavab verməməyə başladım. Mənim əvvəllər bir neçə dəfə məhkumluğum olduğundan tutulmaqdan qorxdum, ona görə də polis əməkdaşlarından qaçdım”. 
Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Əfqan 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə bu müddət ərzində yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə cəzaçəkmə müddəti ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Bundan başqa, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Dekabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri