Icma.az
close
up
RU
Kişi qeyri rəsmi münasibətdə olduğu qadını döydü

Kişi qeyri rəsmi münasibətdə olduğu qadını döydü

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Xırdalan şəhərində 35 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində baş verib. 
Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Səfər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zeynəblə mübahisə edib. Onların mübahisəsinə səbəb Zeynəbin ona növbəti dəfə evə gec gəlməsi, maddi dəstək olmaması ilə bağlı irad bildirməsi olub. 
Bu zamanı aralarında mübahisə yaranıb. Aralarında yaranmış narazılıq sonradan dava-dalaşa çevrilib. Səfər əsəblərinə hakim ola bilməyib və Zeynəbin üzərinə hücum edib. O, qəsdən əl, yumruq arvadının zərbələri ilə sonuncunun qulaq, göz, çənə, sifət, baş, boyun, qol və bədəninin müxtəlif nahiyələrindən ardıcıl vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Səfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zeynəbi 1 ilə yaxındır tanıyır, onunla bir neçə ay qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb: “Bundan əvvəl mən 2017-ci ildə Günel ilə ailə həyatı qurmuşam və rəsmi nikahdan iki azyaşlı - 2019 və 2024-cü il təvəllüdlü övladlarım var. Günel ilə hazırda rəsmi nigahdayam. Bu ilin yanarın 11-də, saat 22 radələrində Zeynəblə birlikdə yaşadığım Xırdalan şəhərində yerləşən yaşadığım evə gəldim. Bir qədər sonra Zeynəb mənimlə evə gec gəlməyim üstündə mübahisə etməyə başladı. Bir qədər sonra aramızda mübahisə sakitləşsə də, Zeynəb yenə də, yanvarın 12-də, təxminən gecə saat 1 radələrində mənə ailəyə baxmadığımı, qayğı göstərmədiyimi və evə gec gəldiyimi sözlə iradla bildirdi. Bunun üçün əsəbiləşdim və onun üzərinə gedərək əl-yumruq zərbələriylə sifətindən,  bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döydüm. Daha sonra isə yatdım”. 
İş üzrə zərərçəkmiş Zeynəbin sözlərinə görə, Səfərlə qeyri-rəsmi münasibətdə yaşayıb: “Səfərlə olan münasibətimdən övladım yoxdur. Onunla əvvəllər münasibətlərimiz normal olsa da, son zamanlar evə gec gəlməsi və qayğı göstərməməsi üstündə aramızda sözlə mübahisələrimiz baş verib. Səfərdən ayrılmaq istəsəm də, buna razı olmayıb. Mənə söz verib ki, bir daha evə gec gəlməyəcəkdir”. 
Zərərçəkmiş qeyd edib ki, yanvarın 11-də, saat 22 radələrində Səfər yaşadığı evə gəlib və bir müddət sonra onların arasında sözlə mübahisələri baş verib: “Mübahisəyə səbəb Səfərin evə pul gətirməməsinə, evə gec gəlməsinə irad bildirməyim olub. Yanvarın 12-də, gecə saat 1 radələrində Səfərlə aramızda həmin məsələ ilə, yəni evə gec gəlməsi və mənə maddi dəstək olmaması ilə bağlı söz mübahisəmiz olarkən əsəbiləşdi. Üzərimə gələrək məni döyməyə başladı. Əl və yumruq zərbələri ilə sifətimdən, gözümdən, qulağımdan, başımdan, qollarımdan, bədənimin müxtəlif nahiyələrindən vurdu. Mənə bədən xəsarətləri yetirdi. Bundan sonra isə mobil telefonumu əlimdən aldı ki, heç bir yerə zəng etməyim. Telefonum olmadığına görə polisə müraciət edə bilməmişəm. Həmin gün səhər saat 8 radələrində evdən gizli çıxdım və qonşuya getdim. Qonşudan polisə məlumat verməsini xahiş etdim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkmə müddətində Abşeron rayonu hüdudlarını tərk etməsi qadağan olunub. Onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi tapşırılıb. 
Bundan başqa, onun təyin olunan cəza müddətində saat 23:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanını tərk etməsi qadağan edilib. Habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri