Icma.az
close
up
RU
Kişi sağlamlığını qoruyan və arıqlamağa kömək edən göyərti

Kişi sağlamlığını qoruyan və arıqlamağa kömək edən göyərti

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Kərəviz çox faydalı göyərtidir. Son elmi araşdırmalar nəticəsində məlum olub ki, kərəvizin daim qəbulu yaşlı insanlarda təfəkkürün və yaddaşın zəifləməsinin qarşısını alır, qocalma prosesləri ləngidir.

Kərəvizdə olan bəzi nadir maddələr yaşlı insanlarda tez-tez inkişaf edən çox ağır Alsqeymer xəstəliyinin inkişafının qarşısını alır.

Kərəvizin tərkibində çox vacib aminturşuları (karotin, asparaqin, nikotin turşusu, tirozin), efir yağları, A, K, E, C, B qrupu vitaminləri, çoxlu sayda minerallar (kalium, fosfor, kalsium, maqnezium, sink, dəmir və s.) var.

Kərəviz çox təsirli arıqladan vasitə kimi tanınır. Kərəviz həzm prosesləri sürətləndirir, bağırsaqları şlaklar, toksinlər və digər zəhərli maddələrdən təmizləyir, piylərin parçalanmasını sürətləndirir. Məşhur diyetoloqlar bu göyərtini şirə, kokteyl, hətta şorba şəklində arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə istifadə etmək tövsiyə edir.

Liflərlə olduqca zəngin olan kərəviz orqanizmə işlədici təsir edir və bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar bu göyərtini öz gündəlik qidalanmasına daxil etməlidir.

Qastrit və xora xəstəliyi olan insanlar da mütləq kərəviz yeməlidir. Bu göyərtinin tərkibində xüsusi U vitamini var ki, bu vitamin mədənin selikli qişasını bərpa etməyə kömək edir, iltihabı və ağrını azaldır.

Kərəviz kaliumla zəngindir və bu səbəbdən ürəyin fəaliyyətinə çox müsbət təsir edir, ödemləri azaldır, qan damarları möhkəmləndirir.

Kərəviz kişi sağlamlığı üçün olduqca faydalıdır. Mütəxəssislərin fikirinə görə, bu göyərti kişilərdə potensiyanı (kişi gücü) artırır, prostatitin inkişafından qoruyur. Cinsi sağlamlığında problemləri olan kişilər hər gün 1 stəkan kərəviz şirəsini içməlidir. Şirə hazırlamaq üçün bitkinin qalın gövdələri və yarpaqları istifadə olunur.

İltihabəleyhinə və sidikqovucu təsirə malik olan kərəviz şirəsi sidik ifrazı sistemi iltihabları zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Kərəviz qadınlar üçün də çox xeyirlidir - menstruasiya qabağı sindromun və klimaksın simptomlarını azaldır, saçları, dirnaqları, dərini daha sağlam və gözəl edir.

Kərəviz immun sisteminə də müsbət təsir edir, infeksion xəstəliklərinin inkişafınının qarşısını alır.

Kərəviz sinir sistemimiz üçün də çox faydalıdır - sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır. Streslər və həyacanlamalar zamanı qidalanmanıza kərəvizi və onun şirəsini daxil edin. Bu streslə mübarizədə sizə yaxşı kömək edəcək.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri