Orqanizmi təmizləyən, şəkəri salan, kişi sağlamlığını qoruyan SUPER YARMA
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Bu yarmanın vətəni Cənubi Amerikadır. Kinoa dünyanın ən faydalı 20 məhsuldan biri sayılır.
Təəssüf ki, bizdə bu yarma hələ ki çox populyar deyil.
Kinoa nə ilə faydalıdır?
Kinoa asan mənimsənilən zülallarla zəngindir. Saglamolun.az bildirir ki, bu xüsusiyyətə görə kinoanı hətta ana südü ilə müqayisə edirlər.
Kinoa qidalı liflərlə zəngindir. Bu liflər orqanizm üçün təbii təmizləyici vasitədir. Liflər həzm sistemində həll olunmur, onlar müxtəlif ziyanlı maddələri, artıq xolesterini özünə hopdurur və çölə çıxardır.
Orqanizmi artıq xolesterindən təmizləyən kinoa ürək-damar sistemi üçün çox faydalıdır. Orqanizmdə toplanaraq artıq xolesterin damarlarda yığılır, damarları tutur ki, bu da infarkt və insultun riskini artırır.
Həmçinin qidalı liflərlə zəngin olan kinoa qəbizliyin və bağırsaq xərçənginin təbii profilaktikasıdır.
Kinoa qanda şəkərin də səviyyəsini aşağı salır.
Kinoa maqneziumla xüsusilə zəngindir. Bu maddə təbii antidepressantdır, sinir sisteminin və ürəyin sağlamlığını qoruyur.
Kinoa sinklə də zəngindir. Bu maddə kişilərin cinsiyyət sisteminin sağlamlığı üçün ən vacib olan maddələrdən biridir.
Kinoanın tərkibində qlüten yoxdur. Bu səbəbdən qlütenə dözümsüzlüyü olan insanlar bu yarmanı rahatlıqla yeyə bilər.
Yarmanın çox yumşaq və xoş dadı var. Kinoanı ət, balıq, tərəvəzlərlə yemək olar.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Noyabr 2024 04:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















