Kişi və qadın müəllimlər necə geyinəcəklər?
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
Kişi təhsilverənlər: sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar); uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək; təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet; klassik ayaqqabı geyinməlidir.
Qadın təhsilverənlər: sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don); uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don; uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta; klassik ayaqqabı.
Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır.:Unikal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Oktyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















