Müəllimlər belə geyinəcəklər Qərar VERİLDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Redaktor.az xəbər verir ki, “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.
Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir.
Qərarla bağlı xüsusi vurğulanmalıdır ki, burda söhbət vahid formadan yox, geyim ilə bağlı qaydalardan - dress-koddan gedir. Ekspertlərin fikrincə, məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsiri var. Çünki işgüzar üslub müəllimin müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulamaqla yanaşı, həm də tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir.
Təhsil ekspertləri müxtəlif müzakirələrdə onu da qeyd edirlər ki, şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilməlidir. Bu, həm də məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Oktyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















