Icma.az
close
up
RU
Kişilər niyə özəl günləri unudurlar? PSİXOLOQ DANIŞDI

Kişilər niyə özəl günləri unudurlar? PSİXOLOQ DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ümumiyyətlə, “kişilər xüsusi günləri unudur” ifadəsi geniş yayılıb. Lakin psixologiyada bu hal təkcə yaddaşın zəifliyi ilə əlaqələndirilmir. Yaddaş selektiv şəkildə işləyir. Yəni insan özü üçün əhəmiyyətli olan, emosional baxımdan diqqət ayırdığı və vacib hesab etdiyi məlumatları daha asan xatırlayır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, burada məsələ sadəcə yaddaşın zəifləməsi və ya insanın müəyyən məlumatı yadda saxlaya bilməməsi deyil:

"Əsas məsələ diqqətin hansı istiqamətə yönəlməsi və məlumatın beyində nə dərəcədə əhəmiyyətli hesab edilməsidir. Psixologiyada bunu emosional əhəmiyyətlilik prinsipi ilə izah edirik. Beyin vacib hesab etdiyi məlumatları daha güclü şəkildə kodlaşdırır və həmin məlumatlara ehtiyac yarandıqda onları daha asan xatırlayır. İnsan üçün əhəmiyyətli görünməyən məlumatlar isə daha zəif kodlaşdırılır və zamanla unudula bilər.

Məsələn, bir insan vacib iş görüşünün tarixini, əhəmiyyətli layihənin təqdimat gününü, sevdiyi komandanın oyun vaxtını və ya avtomobilinin texniki baxış tarixini dəqiq xatırlaya bilər. Eyni zamanda, həyat yoldaşının ad gününü və ya evlilik ildönümünü unuda bilər. Bu, hər zaman yaddaşın zəifliyi demək deyil. Daha çox həmin məlumatın beyində hansı səviyyədə kodlaşdırılması və insanın ona nə qədər diqqət ayırması ilə bağlıdır.

Bəzən kişilər avtomobilin yağının nə vaxt dəyişdirilməli olduğunu, texniki baxışın vaxtını və ya işlə bağlı vacib detalları daha yaxşı xatırlayırlar. Lakin münasibətlərlə bağlı bəzi tarixləri ikinci plana keçirə bilirlər. Bununla belə, bu vəziyyəti bütün kişilərə aid etmək və “kişilər həmişə unudur” demək düzgün olmaz. Çünki tarixləri unutmaq yalnız cinsiyyətlə əlaqəli deyil. Qadınlar da bəzən həyat yoldaşları üçün əhəmiyyətli olan hadisələri və ya tarixləri unuda bilirlər.

Bu səbəbdən “kişilər unudur” ifadəsindən daha doğru yanaşma belə ola bilər: insanlar dəyər verdikləri, diqqət ayırdıqları və emosional baxımdan əhəmiyyətli hesab etdikləri məlumatları daha yaxşı xatırlayırlar. Sağlam insanlarda yaddaş yalnız cinsiyyətə görə fərqlənmir. Yaddaşın formalaşmasında diqqət, emosional əhəmiyyət, stress, yorğunluq və gündəlik həyatın yükü kimi bir çox amil rol oynayır.

Beyin məlumatları əsasən üç mərhələdə emal edir. Birinci mərhələdə məlumat diqqət vasitəsilə qəbul olunur. İkinci mərhələdə həmin məlumat kodlaşdırılır və yaddaşa yerləşdirilir. Üçüncü mərhələdə isə ehtiyac yarandıqda məlumat yaddaşdan geri çağırılır. Bu mərhələlərdən hər hansı biri zəif işlədikdə insan müəyyən məlumatı unutmuş kimi görünə bilər. Bəzən isə həmin məlumat müəyyən müddətdən sonra yenidən xatırlanır.

İnsan gün ərzində minlərlə informasiya ilə qarşılaşır. Bütün eşitdiklərimizi, gördüklərimizi və oxuduqlarımızı eyni səviyyədə yadda saxlamaq mümkün deyil. Beyin məlumatları müəyyən mənada süzgəcdən keçirir və daha vacib hesab etdiklərini ön plana çıxarır.

Məsələn, insan dünən nə yediyini xatırlamaya bilər, lakin beş ay əvvəl dostunun ona dediyi bir sözü dəqiq xatırlaya bilər. Halbuki dünən baş verən hadisə zaman baxımından daha yaxındır. Bunun səbəbi həmin məlumatların emosional əhəmiyyətinin fərqli olmasıdır. Dünən yediyimiz yemək bizim üçün xüsusi məna daşımayıbsa, beyin həmin məlumatı uzunmüddətli yaddaşa ötürməyə bilər. Beş ay əvvəl yaşanan hadisə isə emosional baxımdan daha təsirli olubsa, yaddaşda daha dərin iz buraxa bilər.

Bəzi insanlar futbol oyununun tarixini, avtomobilin texniki baxış vaxtını, iş layihəsinin son tarixini və ya dostları ilə planlaşdırdıqları görüşü daha yaxşı xatırlayırlar. Lakin həyat yoldaşlarının ad gününü və ya evlilik ildönümünü unuda bilirlər. Bu, mütləq şəkildə yaddaşın zəif olması demək deyil. Sadəcə, həmin məlumat beyində eyni səviyyədə kodlaşdırılmayıb və ya ona kifayət qədər diqqət ayrılmayıb.

Emosional cəhətdən güclü yaşanan hadisələr beyində daha dərin iz buraxır. Məsələn, insan keçirdiyi qəzanın tarixini, xəstəxanaya yerləşdirildiyi günü və ya həyatında mühüm dəyişiklik yaradan hadisəni uzun müddət xatırlaya bilər. Çünki bu hadisələr yüksək emosional təsirə malik olub və uzunmüddətli yaddaşda daha möhkəm kodlaşdırılıb.

Bəzən insanlar düşünürlər ki, “O məni sevsəydi, evlilik tariximizi unutmazdı”. Lakin psixologiyada sevgi ilə yaddaşı tam şəkildə eyniləşdirmək düzgün deyil. İnsan qarşı tərəfi çox sevə bilər, amma gündəlik stress, iş yükü, tıxac, zehni yorğunluq, çoxsaylı məsuliyyətlər və diqqətin müxtəlif istiqamətlərə yönəlməsi səbəbindən bəzi tarixləri unuda bilər.

Əlbəttə, münasibətlərdə xüsusi günləri xatırlamaq, qarşı tərəfin dəyərlərinə və hisslərinə diqqət göstərmək önəmlidir. Lakin yalnız bir tarixin unudulmasına əsaslanaraq insanın sevgisi və ya münasibətə verdiyi dəyər haqqında qəti nəticə çıxarmaq düzgün olmaz. Yaddaşla sevgi arasında müəyyən əlaqə olsa da, bu iki anlayış eyni məna daşımır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri