Icma.az
close
up
RU
Kişilər daha gec evlənməlidir Psixoloq

Kişilər daha gec evlənməlidir Psixoloq

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Son illərdə Azərbaycanda evlilik yaşının yüksəlməsi müşahidə edilir. Artıq kişilərdə bu hədd 30-a, qadınlarda 26-ya yüksəlib. 


Bəs psixoloji baxımdan tövsiyə edilən evlilik yaşı neçədir? Hansı yaşda evlənmək daha doğrudur?

Sfera.az-a açıqlama verən şüuraltı üzrə mütəxəsis, şəxsi inkişaf üzrə koç, beynəlxalq dərəcəli təlimçi, psixoloq İlahə Adilin ideal evlilik yaşının yalnız bioloji yetkinliklə deyil, həm də emosional və sosial yetkinliklə bağlı olduğunu qeyd edib.


Onun sözlərinə görə, müasir dövrdə evliliyə yanaşmalar dəyişsə də, onun əhəmiyyəti və təsiri azalmamışdır:

"Ailə institutunun əsas önəmi yalnız iki insanın bir araya gələrək ömür yolunu paylaşmasında deyil, eyni zamanda sosial sabitliyin, psixoloji dayaq, iqtisadi və sosial dəstəyin təmin olunması kimi mühüm ünsürlər üzərində qurulmuşdur. Evlilik yalnız romantik hisslərə əsaslanan bir münasibət deyil. Cütlüyün bir-birinə qarşı emosional sabitlik, həyat yoldaşlığı, valideynlik, uşaqlar üçün sağlam mühit yaratmaq və cəmiyyətin rifahına töhfə vermək kimi mühüm faktorlara əsaslanması vacibdir”.


Psixoloq bildirib ki, bir insanın evlənməsi üçün aşağıdakı əsas şərtlərin mövcudluğu çox vacibdir:

“Özünü tanımaq, qəbul etmək, məsuliyyət hissinin inkişafı, qarşı tərəfi qəbul etməyə və tanımağa açıq olmaq. Bu baxımdan ən optimal evlilik yaşı qadınlar üçün 23–27, kişilər üçün isə təxminən 25–30 yaş aralığında göstərilir. Bu da bioloji və psixoloji yetkinliyin inkişaf tempi ilə bağlıdır. Kişilərin emosional və praktiki yetkinliyi qadınlara nisbətən daha gec formalaşır. Bu səbəbdən də kişilərin daha gec yaşda evlənməsi tövsiyə olunur. Emosional yetkinlik baxımından qadınlar daha erkən yaşda emosional yetkinliyə çatsalar da, kişilər bu prosesi daha gec başlaya bilirlər. Ailə planlaması və valideynlik məsələlərində qadınlar daha erkən yaşda övlad sahibi olmağı düşünürlər. Qadınlarda ana olmaq ehtiyacı demək olar ki, təbii instinkt səviyyəsində formalaşdığı halda, kişilərdə atalıq hissi zamanla və təcrübə ilə mənimsəyirlər. Bu da kişilərin ailə qurmağa daha gec hazır olmalarının səbəblərindən biridir”.


Müsahibimiz  evlilik üçün yalnız yaş faktorunun qabardırlmasının düzgün olmadığını da dedi:

“Bəzən insanlar 20 yaşında da ailə qurmağa tam hazır ola bilər, bəzən isə 40 yaşında da bu qərarı verməyə çətinlik çəkirlər. Bu isə bir daha göstərir ki, əsas olan fərdin daxili hazırlığı, yetkinlik səviyyəsi və həyat təcrübəsidir. Psixoloji baxımdan evlilik yaşı müəyyən göstəricilər əsasında təyin olunsa da, əsas məsələ daxili yetkinlik və münasibətə hazır olmaqdır. Evlilik təkcə yaş faktoru ilə ölçülməməlidir. Eyni zamanda şəxsi inkişaf səviyyəsinə, tərəfdaşla münasibətdə bir-birinə qarşı yanaşma tərzinə görə qiymətləndirilməsi daha düzgün yanaşmadır”.


Fidan Hacızadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri