Icma.az
close
up
RU
Kişilər qadınlara nisbətən planetə daha çox zərər vurur Səbəb nədir?

Kişilər qadınlara nisbətən planetə daha çox zərər vurur Səbəb nədir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Alimlər ənənəvi kişi davranış modellərinin iqlim və ətraf mühitə mənfi təsir göstərdiyini bildiriblər. 
Demokrat.az
xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
13 ölkədən olan tədqiqatçıların “Men, masculinities, and the planet at the end of (M)Anthropocene” (Kişilər, kişilik və (M)Antroposenin sonundakı planet) adlı işində kişi davranışlarının və sosial rollarının ekoloji sistemlərə və iqlim dəyişikliyinə təsiri təhlil edilib.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, kişilərin ümumi karbon izi qadınlara nisbətən daha böyükdür. Bu, əsasən daha çox səyahət etmə, nəqliyyatdan aktiv istifadə və ət istehlakı ilə əlaqələndirilir. Alimlərin sözlərinə görə, kişilər iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha az həssas yanaşır və gündəlik vərdişlərini dəyişməyə daha az meyillidirlər.
Alimlər qeyd ediblər ki, “kişi” hesab edilən bəzi fəaliyyət növləri də ətraf mühitə ciddi ziyan vurur. Bunlara balıqçılıq, ovçuluq və ət istehlakı daxildir.
Haddersfild Universitetinin sosiologiya professoru Ceff Hırn bildirib ki, bu mövzu elmi müzakirələrdə kifayət qədər nəzərə alınmır: “Artıq bir çox tədqiqatlar göstərir ki, bəzi kişi davranış modellərinin ətraf mühitə və iqlimə açıq şəkildə mənfi təsiri var.”
Tədqiqatın əsas nəticələri altı istiqamətdə ümumiləşdirilib.
1. Kişilərin karbon izi daha böyükdür
Alimlər bildiriblər ki, kişilər qadınlara nisbətən daha çox səyahət edir, nəqliyyatdan daha intensiv istifadə edir və daha çox ət istehlak edirlər. Bu da onların ekoloji təsirini artırır.
2. Kişilər iqlim dəyişikliyi ilə daha az maraqlanır
Tədqiqatçılara görə, kişilər iqlim dəyişikliyi ilə bağlı narahatlıqları daha az ifadə edir və davranışlarını dəyişməyə daha az meyillidirlər.
3. Kişilər ekoloji siyasətdə daha passivdir
Alimlər qeyd ediblər ki, kişilər ekoloji siyasətdə daha az aktivlik göstərir və bu sahədəki təşəbbüsləri daha az dəstəkləyirlər.
4. “Kişi” fəaliyyətləri daha zərərlidir
Tədqiqatda ağır sənaye, kimya, mədənçilik və hərbi fəaliyyətlər kimi sahələrin ekoloji baxımdan daha çox zərər yaratdığı vurğulanır.
5. Ən böyük təsir imtiyazlı qruplardandır
Alimlərin fikrincə, ən böyük ekoloji təsir Qlobal Şimal ölkələrində yaşayan imtiyazlı kişilərin fəaliyyəti ilə bağlıdır.
6. Bütün kişilər eyni deyil
Tədqiqatçılar qeyd ediblər ki, bu nəticələr bütün kişilərə aid edilmir və bir çox kişi ekoloji problemlərlə mübarizədə aktiv iştirak edir.
Əvvəllər aparılan digər bir araşdırmada isə şəhər quşlarının qadınlardan daha çox kişilərdən çəkinməsi kimi nəticələr də qeyd olunmuşdu. Alimlər bunun səbəbini davranış, səs, hərəkət və digər amillərlə əlaqələndirsələr də, hələlik dəqiq izah yoxdur.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri