Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Ən çox kişilər iş tapmır SƏBƏB

Ən çox kişilər iş tapmır SƏBƏB

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üzeyir Şəfiyev: “Əməkhaqqı kişiləri qane etmir, ona görə də işsizlik yaranır”

2025-ci ilin iyununa olan məlumata əsasən, ölkədə 229,9 min nəfər işsiz kimi qeydə alınıb və onların yarıdan çoxunu kişilər təşkil edir. Bu vəziyyət əmək bazarında daha çox kişilərin çətinliklə üzləşdiyini göstərir. Kişilərin işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbləri nə ola bilər?

Bəzi ekspertlərin fikrincə, Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan bu statistik göstərici real deyil. Çünki regionlarda yetəri qədər əmək fəaliyyəti ilə məşğul olan əhali məskunlaşıb.

Həmin insanlar həm heyvandarlıq, həm də bitkiçilik kimi fəaliyyətlərlə məşğul olurlar. Statistikada qeyd olunmasa da, bu şəxslər gəlir əldə edirlər. Lakin rəsmi iş olmadığı üçün statistik göstəricilərdə əks olunmayıb. Belədirmi?

Bundan əlavə, son illərdə iş üçün ölkə xaricinə gedən şəxslərin sayı artıb. Əmək bazarındakı vəziyyəti bununla da əlaqələndirmək olarmı?

Daha bir məsələ, ekspertlər qeyd edir ki, burada ixtisas və bacarıqların tələbatla uyğunlaşmaması məsələsi də var. Belə ki, kişilərin bir hissəsi ənənəvi peşələrə üstünlük verir (sürücülük, fəhləlik, ustalıq və s.) Lakin iqtisadiyyat dəyişdikcə tələb edilən yeni bacarıqlar (rəqəmsal texnologiyalar, xidmət sahəsi, İT və s.) ortaya çıxır. Yeni tələblərə uyğunlaşmaqda çətinlik çəkən şəxslər işsiz qalır.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, statistik göstəricilərin əsas səbəblərindən biri kişilərin təklif olunan əməkhaqqı ilə razılaşmamasıdır: “Bu cür statistikanın səbəbləri ondan ibarətdir ki, bəzən kişilər təklif olunan iş yerlərini qəbul etmirlər. Çünki əməkhaqqının səviyyəsi onları qane etmir. Bu səbəbdən kişilərin həmin işlərdən imtina etməsi fonunda onların arasında işsizlik reallığı yaranır. Üstəlik, orta əməkhaqqı ilə real əməkhaqqı və median əməkhaqqı arasında ciddi fərqlər var. Eyni zamanda vergi yükünün artması və inflyasiya da real əməkhaqqına təsir edir. Bu səbəbdən əmək bazarında təklif olunan iş yerləri kişilər üçün cazibədar sayılmır və bu da işsizlik problemini daha da dərinləşdirir”.

Sosioloq qeyd edib ki, bu cür statistika təkcə Azərbaycana məxsus deyil: “Əslində bu kimi göstəricilər bütün ölkələrdə müşahidə olunur. Amma Azərbaycanda da yeni iş yerlərinin yaradılması istiqamətində bir sıra təşəbbüslər həyata keçirilir. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə - regionların iqtisadi inkişafı fonunda yeni iş yerlərinin açılması istiqamətində proqramlar mövcuddur. Lakin əmək bazarına hər il ən azı 110 min yeni işçi qüvvəsi daxil olur və bu da rəqabəti daha da artırır. Belə rəqabətli şəraitdə əmək bazarında daha çox rəqabətədavamlı kadrlar tələb olunur”.

Ekspert vurğulayıb ki, əmək bazarına daxil olan işçi qüvvəsinin təhsil səviyyəsi ilə əmək bazarının tələbləri arasında uyğunluq problemi var: “Əmək bazarına daxil olan işçi qüvvəsinin böyük hissəsi ali təhsilli deyil və bu səbəbdən əmək bazarının tələblərinə cavab vermir. Ona görə də əmək bazarının tələblərinə uyğun ixtisaslaşmış mütəxəssislərin hazırlanması zəruridir. Bu proses proqnozlaşdırma əsasında aparılmalıdır: 5-10 ildən sonra əmək bazarı hansı ixtisaslara ehtiyac duyacaqsa, həmin istiqamətdə kadr hazırlığı həyata keçirilməlidir. Peşə və ali təhsil ocaqlarında məhz gələcəyin əmək bazarına cavab verəcək mütəxəssislər hazırlanmalıdır.

Əmək bazarı ilə təhsil müəssisələri arasında koordinasiya zəifdir. Əmək bazarı, müəssisələr təhsil müəssisələrinə sifariş verməlidir. Təhsil müəssisələri də bu sifarişlərə uyğun olaraq yaxın və uzaq perspektiv üçün mütəxəssis hazırlamalıdır. Əmək bazarı təklif-tələb əsasında fəaliyyət göstərməlidir. Məsələn, filoloq və hüquqşünas nə qədər hazırlanmalıdır? Elə sahələr var ki, mütəxəssis çatışmazlığı yaşanır, elə sahələr də var ki, mütəxəssis bolluğudur. Bu isə əmək bazarının düzgün idarə olunmaması ilə bağlı problemdir. Həmçinin təhsil müəssisələrində menecment məsələsində də suallar yaranır. Əmək bazarına uyğun kadr hazırlığı bu sahədə əsas vəzifələrdən biridir".

Ekspert regionlardan paytaxta miqrasiya axınına da toxunub: “İkinci mühüm məqam regionlardan Bakıya axınla bağlıdır. Bu axın nəticəsində paytaxtda əmək bazarında sıxlıq yaranır. Rəqabətin çox olması əməkhaqqını aşağı salır. Əvəzində isə regionlarda təklif olunan əməkhaqqı adekvat olmadığından insanlar ora getmək istəmir, miqrasiya olmur. Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə bu prosesin qarşısını almaq üçün daha yüksək əməkhaqqı təklif edilir. Bu, paytaxta axının qarşısını almaq və regionların iqtisadi inkişafını stimullaşdırmaq üçün vacib addımdır”.

Sosioloq təklif edib ki, bu model digər bölgələrdə də tətbiq oluna bilər: “Əgər regionlarda da əməkhaqqı yüksək olarsa, insanlar paytaxta köçməz və bölgələrdə iqtisadi aktivlik artar. Nəticədə işsizliklə bağlı ümumi vəziyyət də yaxşılaşar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyul 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri