Icma.az
close
up
RU
Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də kişi cinsindən olan işçilərin övladının dünyaya gəlməsi ilə bağlı ödənişli məzuniyyət hüququnun təmin edilməsidir. Əmək Məcəlləsinin 125-ci maddəsinə (“Hamiləliyə və doğuşa görə məzuniyyətlər”) əlavə edilməsi təklif olunan bəndə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə, ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, yeniliyi “vergiler.az”a şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli tövsiyəsinə görə, hər iki valideyn - həm ana, həm də ata doğuşdan dərhal sonra müəyyən müddət ərzində uşağa qulluq etmək üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Təklif edilən və şərti olaraq “atalıq məzuniyyəti” adlandırılan bu dəyişikliyin də həmin tövsiyəyə uyğun hazırlandığını demək olar: “Təklif edilən “atalıq məzuniyyəti” ilə bağlı bir neçə əsas məqama diqqət yetirək. Birinci məqam ondan ibarətdir ki, işçi bu ödənişli məzuniyyətdən istifadə etmək üçün uşağının doğulması ilə əlaqədar tibb müəssisəsi tərəfindən verilmiş arayışı işəgötürənə təqdim etməlidir. İkinci məqam isə 14 günlük ödənişli məzuniyyətin istifadə dövrü ilə bağlıdır. Təklifə əsasən, bu məzuniyyət doğuşdan əvvəl və ya doğuşdan sonrakı dövrdə tam şəkildə istifadə edilə bilər”.

A.Bayramov dəyişiklikdə diqqətçəkən məqamlardan birinin kişi işçilər üçün nəzərdə tutulan 14 günlük ödənişli məzuniyyətin hesablanması qaydası ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 177-ci maddəsinin (“Orta əməkhaqqı və onun hesablanması qaydası”) 5-ci bəndinə təklif edilən dəyişikliklə “atalıq məzuniyyəti” dövründə əməkhaqqının da məhz həmin maddəyə uyğun hesablanması nəzərdə tutulur. Bu zaman illik əmək məzuniyyətində olduğu kimi, son 12 ay üzrə gəlirlər əsas götürülməyəcək: “Belə ki, işçi “atalıq məzuniyyəti”ndən istifadə etdikdə, 14 təqvim gününə təsadüf edən iş günlərinə görə əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun həyata keçiriləcək. Məsələn, əgər məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı 10 gün təşkil edərsə, bu halda işəgötürən işçinin son iki ay üzrə bir iş gününə düşən orta əməkhaqqını müəyyən edərək, həmin məbləği 10 iş gününə vurmaqla “atalıq məzuniyyəti” üçün ödəniləcək məbləği hesablayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 24 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri