Icma.az
close
up
RU
Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi… Şəfiyev

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi… Şəfiyev

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Atalara ödənişli məzuniyyət verilməsi ədalətli və ailədaxili razılaşma baxımından faydalı yanaşmadır. Amma ənənəvi kişi mərkəzli cəmiyyətimizdə bu hüquqdan geniş istifadə olunacağı hələ ki, real görünmür.

Bu fikirləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev atalara 14 günlük ödənişli məzuniyyət hüququnun qanunvericiliyə təklif edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəllər bu cür məzuniyyət yalnız analara şamil olunurdu, lakin qanuna ediləcək dəyişikliklərlə bu hüququ ataların da qazanması nəzərdə tutulur:

"Əgər ailədə elə bir razılaşma varsa ki, ana işləməyə davam etsin, ata isə məzuniyyətə çıxsın, bu halda ataya da ödənişli məzuniyyətin verilməsi tam ədalətlidir. Bu həm də uşağın böyüməsində atanın daha fəal iştirakı baxımından müsbət addımdır".

Bununla belə, sosioloq hesab edir ki, mövcud ənənəvi dəyərlər sistemi bu dəyişikliklərin geniş tətbiqini məhdudlaşdıra bilər:

"Bizim cəmiyyət kişi mərkəzlidir. Əmək bölgüsü də belə formalaşıb: kişilər daha çox çöl işi ilə, qadınlar isə ev və uşaq baxımı ilə məşğul olur. Uşağa qulluq məsələsində isə ana emosional və fiziki baxımdan daha uyğun tərəf sayılır".

Üzeyir Şəfiyev əlavə edib ki, Avropa təcrübəsində belə hallarda ataların ödənişli məzuniyyətə çıxması artıq geniş yayılıb, lakin Azərbaycanda bu praktikanın yaxın dövrdə geniş tətbiq olunacağı gözlənilmir.

"Baxmayaraq ki, bu hüquq qanunvericilikdə tanınacaq, real həyatda bundan istifadə edən kişi sayı çox az olacaq. Amma elə situasiyalar da var ki, orada məhz atanın məzuniyyətə çıxması vacib olur. Bu baxımdan qanunvericiliyin bu cür dəyişməsi müsbət və məntiqli addımdır".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il hesabatında bu təklif yer alıb və artıq Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 May 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri