Icma.az
close
up
RU
Kişilər uşaq istəyir, amma nikahsız: 15622 uşağın doğulma SƏBƏBLƏRİ

Kişilər uşaq istəyir, amma nikahsız: 15622 uşağın doğulma SƏBƏBLƏRİ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Statistik göstəricilərə görə, 2023-cü ildə Azərbaycanda nikahdankənar 15622 uşaq doğulub. 

Ölkəmizdə ailə birliyi yalnız rəsmi nikah ilə tanınır. Bu fakt isə dini və vətəndaş nikahı ilə yaşayanların, nikahdankənar münasibətlərin çoxalmasının bariz nümunəsidir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu gün rəsmi nikaha girməkdən yayınanlar çoxdur. Onun sözlərinə görə, tərəflər daha çox əmlak və gəlir məsələlərinin tənzimlənməsindən yaxa qurtarmaq üçün qeyri-rəsmi nikaha girirlər: 

“Nikahdankənar doğumlara nəzər yetirsək, 1% hansısa arzuolunmaz münasibətdən və hamiləlikdən yaranıb. Məsələyə fərqli baxaq. Çünki rəsmi nikaha girməkdən yayınanlar çoxdur. Bizə müraciət edənlərin çoxu dini nikah və qeyri-rəsmi birlikdə yaşayan insanlardır. Deyirlər ki, əvvəlcə  nikaha aparacağına söz verdi və bunu etmədi. 

Nikah məsuliyyətindən kənarda qalmaq və bu məsuliyyəti daşımamaq kimi hallarda uşaqlara atalıq vermək faktı da ortaya çıxır. Bu zaman bəziləri atalıq verməkdən də imtina edilər. Əksəriyyət isə atalığı verir, amma nikaha girmir. Burada daha çox əmlak məsələləri, qohumların, valideynlərin əmlakdan şəxsən istifadə edə və yaxud buna iddia qaldıra biləcəyi məsələsi ortaya çıxır”. 

Mehriban Zeynalova qeyd edib ki, açıqlanan statistikada əksəriyyət dini nikah çərçivəsində doğulan uşaqlardır: 

“Bəziləri də dini nikahı əsas hesab edir. Deyirlər ki, Allah qarşısında bizim nikahımız halaldırsa, rəsmi nikah elə də vacib deyil. Məsələyə dini nikah aspektindən baxsaq, görərik ki, dini kəsim çoxalmağa başlayıb və onlar rəsmi nikahı qəbul etmir. Buna görə də həmin statistikada  əksəriyyət dini nikah çərçivəsində doğulan uşaqlardır. Çünki bu şəxslər dini nikaha girirlər. 

Qeyri-rəsmi münasibətlərdə olan, vətəndaş nikahı ilə birlikdə yaşayanların əksəriyyəti 2-ci, 3-cü dəfə ailə quranlardır. Belə ki, qarşı tərəf nikaha girmir, amma uşaq dünyaya gəlməsinin qarşısını da almır. Bu insanlar bir müddət bir yerdə yaşayırlar və ailə münasibətləri olur. Sonra kişi məsuliyyətdən yenə yaxasını kənara çəkir. Bu da ailə münasibətlərində məsuliyyət hissinin itirilməsi deməkdir”. 

M. Zeynalovanın sözlərinə görə, ailə münasibətlərinə öhdəlik və məsuliyyət məsələsi kimi baxılmaması bu kimi halların artmasına təsir göstərir: 

“Bu statistikada çox az halda cinsi münasibətlərdə sərbəstliyə üstünlük verən şəxslər də yer alır. Onlar az hallarda uşaq dünyaya gətirirlər. 

Bəziləri də ola bilsin ki, müəyyən yaş dövründən sonra münasibət qurub uşaq dünyaya gətirmək istəyən qadınlardır. 

Onların başı işə, karyeraya qarışır və yaxud hansısa formada ailə qurmağı, dünyaya uşaq gətirməyi gecikdirirlər. Onlar bunu şüurlu şəkildə seçirlər və gələcəkdə uşaqları olması üçün bu addımı atırlar. Ümumiyyətlə, 20-30 il bundan qabaq gizli münasibətdən dünyaya gələn uşaqlara qarşı böyük bir siqma vardı. Bu uşaqlar cəmiyyət tərəfindən qəbul olunmurdu və ya ailə qəbul etmirdi. Məktəbdə və ya həyətdə uşaqları onunla oynamağa belə qoymurdular. 

İndi bu siqma yoxdur. Amma nikahdankənar doğulan uşaqlar çoxdur”. 

O vurğulayıb ki, hazırda bir çoxu ailə münasibətlərinin öhdəlik və məsuliyyətlərini üzərinə götürməmək üçün bu addımı atır: 

“Yaşam uğrunda mübarizədə özünə müxtəlif yaşam tərzi, tələbatlar və yollar axtaranlar var. Vaxtilə Rusiyaya gedərək ruslarla ailə qurub və Azərbaycanda öz ailəsi ilə münasibəti olanlar vardı. Nikahdankənar dünyaya uşaq gətirənlər arasında onlar da vardı. İndi də Rusiyaya gedib vətəndaşlıq almaq, orda yaşamaq və işləmək üçün belə münasibətlərdə olanlar var. 

Məsələn, mənim yadıma gəlir ki, 40 il bundan əvvəl evlərin indiki kimi sərbəst şəkildə alınıb satılması mümkün olmurdu. Başqa bir şəxslərlə, qeyri-millətlərlə nikaha girib evi o formada alıb qeydiyyata düşürdülər. 

Yəni müxtəlif dövrlərin müxtəlif təsirləri olur. Bu hallarda bu cür qeyri-müəyyən vəziyyət yaranırdı. Amma indiki vəziyyətdə daha çox ailə münasibətlərinin öhdəlik və məsuliyyətlərini üzərinə götürməmək, bunun ağırlığı altında qalmamaq üçün  bu addım atılır. 

Bu öhdəliyi daha çox qadınlar üzərinə götürür və uşaqları dünyaya gətirirlər. Kişilər onların sonrakı taleyi və problemləri ilə bağlı elə də ciddi düşünmürlər. Yəni hərə öz ailə modelini seçir. Bu baxımdan, Azərbaycanda nikahdankənar uşaqların doğulmasının bir neçə səbəbi var. Qeyd etdiyim kimi, səbəblər əmlak məsələsi, dini nikahdan olan ailə modeli və müstəqil, yəni sırf uşağa görə olan qurulan münasibətlərdir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri