Ceyhun Bayramov Hakan Fidanla təhlükəsizlik məsələlərini müzakirə etdi
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya
verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.
Həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan və Türkiyə arasında dərin köklərə malik strateji müttəfiqlik, regional təhlükəsizliklə bağlı inkişaflar, iqtisadi və ticarət əməkdaşlığı, enerji məsələlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Dekabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















