Icma.az
close
up
RU
Kişilərdə varikose əməliyyatı sığortaya daxildir

Kişilərdə varikose əməliyyatı sığortaya daxildir

Icma.az, Medicina saytına istinadən bildirir.


Varikosel (damar genişlənməsi) xaya venalarının toxum ciyəsində genişlənməsidir. Normal vəziyyətdə venoz damarlar qanı xayadan geri aparan damarlardır və öz funksiyasını düzgün yerinə yetirmədikdə genişlənir və qanın ləngiməsi yaranır. Xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan ibarət kələf görünür. Bu hadisə prinsip olaraq ayaqlarda görünən venaların varikoz genişlənməsi halı ilə eynidir. Varikoselə əsasən 15-30 yaş arası gənclərin 15-20%-də rast gəlinir.

"Medicina" xəbər verir ki, bu xəstəliyin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il Xidmətlər Zərfi çərçivəsində 2932 sayda varikoselektomiya əməliyyatı icra olunub.

Varikosel müayinə zamanı gözlə görülə bilir və ehtiyac olan hallarda xayaların doppler ultrasəs müayinəsi aparılır. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda isə iki tərəfli olur. Varikosel zamanı xəstələr xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan, küt ağrıdan, ağrının qasıq nahiyəsinə ötürülməsindən, fiziki aktivlik zamanı ağrıların artmasından şikayətlənirlər.

Varikoselektomiya əməliyyatına tibbi göstərişlər bunlardır: xaya ölçülərinin kiçilməsi, spermotozoidlərin miqdarının və hərəkətliliyinin azalması, xayalarda olan ağrı. Varikosel kişilərdə sonsuzluğun əsas səbəblərindən biri olaraq qəbul edilir.

Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.

Varikosel əməliyyatı nəticəsində genişlənmiş damarlar bağlanaraq kəsilir. Əməliyyatdan sonra bir çox kişilərdə sperma keyfiyyəti yaxşılaşır (təxminən 3-6 ay ərzində), nəticədə nəsilartırma qabiliyyəti artır, varikosel səbəbindən əvvəl müşahidə olunan ağrılar azalır və ya tamamilə yox olur.

Əməliyyatdan sonra xəstələr bir neçə gün istirahət etdikdən sonra normal həyat tərzinə qayıdırlar. Buna baxmayaraq bir müddət ağır fiziki işlərdən çəkinməlidirlər.

İcbari tibbi sığorta ilə sözügedən əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 27 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri