Icma.az
close
up
RU
Kişilərdə prostat genişlənməsinin səbəbləri

Kişilərdə prostat genişlənməsinin səbəbləri

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı isə prostat genişlənməsidir.

Tədqiqatlar göstərir ki, prostat genişlənməsi 50 yaşa qədər kişilərin 25%, 50-80 yaş arası kişilərin isə 90% -də baş verir.

Prostat, kişi hormonu olan testosterona həssas bir orqandır. Testosteron səviyyəsinin ən aşağı düşdüyü zaman prostat vəzinin qocalıq dövründə genişlənməsi buna əyani sübutdur.

Xəstəliyin səbəbləri:

Prostat genişlənməsinin dəqiq səbəbi bilinməsə də, ən geniş yayılmış səbəbi yaşlanmadır. Xəstəliyin yaranmasında genetik faktorlarda əsas rol oynayır. Ailədə kimdə olubsa, gələcəkdə övladında da bu xəstəlik baş verə bilər. Bundan əlavə, bəzi ətraf mühit amilləri və qidalanma ilə əlaqəsi araşdırılsa da, o qədər də tutarlı nəticə alınmayıb. Son illərdə piylənmə və prostat genişlənməsi arasındakı əlaqəni göstərmək üçün tədqiqatlar aparılmışdır. Buna görə artan bədən çəkisi, bədənin kütlə indeksi və göbək ətrafı ilə prostat ölçüsünün artmasının əlaqəli olduğu göstərilmişdir. Qırmızı ət, yağ, karbohidratlar, quş əti ilə qidalanma prostat vəzinin böyüməsi riskini artırır Tərəvəz, doymamış yağ turşuları, linoleik turşu, D vitamini və müntəzəm məşqlər prostat genişlənməsi riskini azaldır.

Prostat böyüdükcə sidik kanalının qarşısını kəsir və sidiyin bədəndən xaric olunmasına maneə törətməyə başlayır. Prostat vəzi genişləndikdə sidik kisəsi tamamilə boşala bilmir və qalan sidik təkrarlanan infeksiyalara və böyrək funksiyasının daimi pozulmasına səbəb ola bilər. Tıxanma dərəcəsindən asılı olaraq xəstələrdə sidiyə düzgün çıxa bilməməklə bağlı şikayətlənmə halları olur.

Əlamətləri:

Sidik axımının intensivliyinin azalması, Sidiyə çıxmaqda çətinlik, Sidiyin kəsilməsi, Sidik kisəsində tez-tez yalançı simptomlar, Yerinə işəmə, Gecə tez-tez tualetə getmə və s.

Diaqnostik metodlar:

Yuxarıdakı şikayətləri olan xəstələr tez bir zamanda həkimə müraciət etməli və müayinə olunmalıdır. PSA (Prostat spesifik antigen) təhlili, sidik analizi, rektal müayinə və zəruri hallarda əlavə müayinə metodları prostat genişlənməsinin xoşxassəli olduğunu aşkar edə bilər. Əgər bu müayinələrdə hər hansı bir problem yoxdursa, xəstəyə prostat genişlənməsi diaqnozu qoyulur. Prostat genişlənməsinin dərəcəsini təyin etmək üçün ultrasonoqrafiya müayinəsi aparılır. Prostatın genişlənmə dərəcəsindən asılı olaraq, müalicə növü dəyişir, tibbi müalicə (dərman) və ya cərrahi müalicəyə (prostat əməliyyatı) qərar verilir.

Bundan əlavə, prostat genişlənməsindən asılı olaraq sidik kisəsi daşları, sidik yolunda təkrarlanan qanaxma, tez-tez sidik yollarının iltihabı və sidik kəsilməsi olan xəstələr mütləq əçəliyyat edilməlidir. Əməliyyat edilməsi planlaşdırılan xəstənin yaşı, istifadə etdiyi dərmanlar, varsa əlavə xəstəliklər və prostatın ölçüsü nəzərə alınır.

Prostat genişlənməsini müalicə etmək üçün istifadə olunan üsullara daxildir:

Tibbi müalicə Prostat əməliyyatı Klassik cərrahi üsullar Lazer cərrahi üsulları Prostat prostat genişlənməsini müalicə etmək üçün istifadə edilən dərmanlar Açıq Prostatektomiya

Prostat ölçüsü 100 qr və ondan yuxarı olan xəstələrdə açıq prostat əməliyyatı edilə bilər. Bu əməliyyatda xəstənin dərisi, dərialtı toxumaları və sidik kisəsi açılır və prostat barmağın köməyi ilə çıxarılır. Əməliyyat zamanı yüksək qanaxma riski olduğuna görə əvvəlcədən ehtiyat qan kisələri hazır saxlanılmalıdır. Əməliyyatdan sonra uzun müddət xəstəxanada, həkim nəzarətində qalmalıdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri