Kişiləri qoy qırağa, qadınlar gör nə zülm çəkir VİDEO
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıdan Sumqayıt istiqamətinə yeni avtobus zolağı çəkilməsinə baxmayaraq, sərnişinlər hələ də avtobusların azlığından və nəticədə yaranan sıxlıqdan şikayətçidirlər.
Ölkə.Az APA TV-yə istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, zolaq çəkilsə də, problem tam aradan qalxmayıb və onlar hələ də nəqliyyatda əvvəlki çətinliklərlə üzləşirlər:
"Kameranı o tərəfə çevirsən, görəcəksən qadınlar necə əziyyət çəkirlər. Kişiləri qoy qırağa. Basabasdır, marşruta girmək olmur. Marşrutda sürücülər də camaata qarşı çox aqressivdir".
Vətəndaşlar avtobusların sayının artırılmasını və xüsusilə pik saatlarda sərnişin sıxlığının aradan qaldırılmasını tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslara üstünlüyün təmin edilməsi məqsədilə xüsusi zolaqların çəkilməsi məhz tıxac olan küçələrdə vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 02 Dekabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















