Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kişilərdə cinsi istəyin hansı yaşda ən yüksək həddə çatdığı müəyyən edilib.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Estoniyanın Tartu Universitetinin alimləri 67 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Araşdırmanın nəticələrinə görə, kişilərdə libido orta hesabla 40 yaş ətrafında pik həddə çatır. Qadınlarda isə cinsi istək yetkinliyin daha erkən dövrlərindən etibarən tədricən azalmağa meyllidir.
Alimlər bildirirlər ki, libido yalnız hormonal amillərlə bağlı deyil. Stress, yorğunluq, psixoloji vəziyyət, münasibətlərin keyfiyyəti və sosial mühit də cinsi istəyə ciddi təsir göstərir.
Araşdırmada münasibətlərindən razı olan şəxslərin daha yüksək libido bildirdiyi də müəyyən edilib. Bu əlaqə qadınlarda daha qabarıq müşahidə olunub.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr ümumi statistik tendensiyanı göstərir və hər bir insan üçün fərdi vəziyyət fərqli ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:342
Bu xəbər 22 Sentyabr 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















