Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Kişilərin nifrət etdiyi 9 İFADƏ: onları ərinizə desəniz boşanmaya səbəb olarsınız

Kişilərin nifrət etdiyi 9 İFADƏ: onları ərinizə desəniz boşanmaya səbəb olarsınız

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Sözlər bıçaqdan da iti yaralaya bilər. Ərinizə dediklərinizə diqqət edin, xüsusən də mübahisə zamanı və güclü emosiyaların təsiri altında.

Lent.az xəbər verir ki, kişilər çox vaxt hiss və emosiyalarını açıq ifadə etmirlər. Amma sizə elə gələ bilər ki, əriniz sərt sözlərinizə fikir vermir. Bu, onun içində inciklik və alçalma hiss etmədiyi demək deyil.

Diqqətli olun: əgər siz ərinizə bu doqquz ifadədən birini tez-tez desəniz, münasibətlərinizin korlanma ehtimalı böyükdür. Onda isə artıq boşanma mövzusu da uzaqda olmaz.

“Sən heç vaxt…”

Ərinizin uşaqlara kömək etməməsi və ya evdə vəd etdiyi işi yerinə yetirməməsi əlbəttə ki, incidir. Amma siz “sən heç vaxt mənə kömək etməmisən” dedikdə, əslində bir anlıq səhvi deyil, kişinin bütün zəhmətini və dəstəyini tamamilə inkar etmiş olursunuz. “Heç vaxt” sözü sərt, hörmətsiz səslənir və kişinin gələcəkdə nəsə etməyə həvəsini azaldır.

Buna görə də bir hadisəyə görə ümumiləşdirməyin və yaxşılıqları görməzlikdən gəlməyin. Konkret halı qeyd etmək daha düzgün olar: məsələn, “Bu dəfə mənə kömək etmədin, halbuki çox ehtiyacım var idi”. Bu yanaşma həm münasibətə zərər vurmaz, həm də qarşı tərəfin məsuliyyətini artırar.

“Niyə sən … kimi ola bilmirsən?”

Bir anlıq düşünün: sizi hansısa vaxtlarda ananızın rəfiqəsinin qızı, qardaşınız və ya bacınızla müqayisə etdiklərində xoşunuza gəlirdimi? Əksinə, bu cür sözlər insanın içində qıcıq, inciklik və dəyərsizlik hissi yaradır.

Kişini başqası ilə müqayisə etdikdə, siz onu olduğu kimi qəbul etmədiyinizi göstərirsiniz. Bu, nə motivasiya verir, nə də onu daha yaxşı olmağa sövq edir. Sadəcə münasibətdə sevinc və hörməti azaldır.

Əgər nəyinsə dəyişməsini istəyirsinizsə, müqayisə aparmaq əvəzinə, konkret olaraq öz istəklərinizi ifadə edin. Məsələn:

“Mən çox istərdim ki, sən mənimlə daha çox vaxt keçirəsən” demək, “Filankəs xanımın əri hər gün arvadını gəzintiyə aparır, sən niyə elə etmirsən?” deməkdən qat-qat təsirlidir.

Ərinizi başqaları ilə davamlı müqayisə etdikdə, siz onu incidirsiniz və onun özünəinamına zərbə vurursunuz, – deyə Psychologies yazır.

“Nə istəyirsən et!”

İlk baxışda bu ifadə zəhərli görünməyə bilər. Amma əslində qadın bunu deyəndə tam əks nəticə əldə etmək istəyir. Bu, gizli manipulyasiya formasıdır.

Açıq və səmimi şəkildə istəklərinizi demək əvəzinə, siz kişinin qarşısında tapmaca qoyursunuz. Ər isə baş sındırıb sözlərinizin gizli mənasını tapmağa çalışır. Beləliklə, münasibətdə qarışıqlıq və gərginlik yaranır.

Daha sağlam yol birbaşa deməkdir: “Mən istərdim ki, bu axşam evdə qalaq” və ya “Mənim üçün vacibdir ki, sən mənimlə bu məsələdə razılaşasan”. Bu, nə hörməti, nə də etibarı zədələyir.

“Sənin maaşın azdır”

Müasir dünyada kişilər ailəni təmin etmək üçün çox çalışırlar. Buna görə də ər üçün “sənin maaşın azdır” sözlərini eşitmək çox ağrılı və alçaldıcıdır.

Bəli, mağazalarda qiymətlər artır, xərclər də böyüyür. Siz bu sözləri əsəbi və emosional anda deyə bilərsiniz. Amma yenə də belə ifadələr kişinin bütün zəhmətini dəyərsizləşdirir və ruhdan salır.

Əvəzinə, narahatlığınızı daha konstruktiv ifadə etmək olar: “Son vaxtlar xərclər artıb, bəlkə birlikdə büdcəni yenidən nəzərdən keçirək?” və ya “Gəl, əlavə qazanc yollarını bir yerdə araşdıraq”. Bu halda siz problemi paylaşmış olursunuz, ittiham etmirsiniz.

“Uşaq kimi davranırsan”

Əriniz bəzən infantil və yetkinliksiz davrana bilər. Ancaq əgər bu barədə onunla danışmaq istəsəniz, aqressiv hücum etməyə dəyməz.

Sərt sözlərdən sonra kişi, böyük ehtimalla, içinə qapanacaq və uzaqlaşacaq. Problemi həll etmək və barışıq yaratmaq isə yalnız daha da çətinləşəcək.

“Mən özüm edərəm”

Kişilər düşüncələri oxuya bilmirlər. Əgər siz açıq şəkildə ehtiyacınızı demirsinizsə, amma sonra incik halda: “Sən bunu etmədin, mən özüm edərəm!” deyirsinizsə, bu, inciklik və münaqişə üçün zəmin yaradır. Siz şüurlu şəkildə ərinizin qəlbini qırır və ona sanki: “Sən pis həyat yoldaşısan, məni sevmirsən və ümumiyyətlə faydasızsan” demiş olursunuz.

“Kişi ol!”

Cəmiyyətdə “əsl kişi”nin nə etməli və nə etməməli olduğuna dair müəyyən stereotiplər var. Amma həyat yoldaşınızdan bu qəliblərə uyğun davranmağı tələb etmək çox zəhərli yanaşmadır.

Siz ərinizin sərtlik və iradə göstərməsini arzulaya bilərsiniz. Amma “kişi ol” deməklə bu istəkləriniz ərinizə çatmayacaq. Əksinə, bu söz münasibətləri korlayacaq və aranızda gərginlik yaradacaq.

“Sən anlamazsan”

Əriniz həqiqətən də sizin bütün hisslərinizi tam başa düşməyə bilər. Amma “Sən onsuz da məni anlamazsan” demək, onu daha da uzaqlaşdırır və yadlaşdırır. Siz sanki ona şans belə vermirsiniz ki, sizi dinləsin və anlatsın. Bu, münasibətdəki məsafəni artırır və qarşılıqlı etimadı zəiflədir.

“Mənim sənə ehtiyacım yoxdur”

Güclü və müstəqil olmaq pis deyil. Amma “Mənim sənə heç ehtiyacım yoxdur” tipli ifadələr həyat yoldaşınızı çox yaralaya bilər. Bu sözlər onun qulağında belə səslənir: “Sən mənim üçün əslində heç bir əhəmiyyət daşımırsan”.

Belə ifadələr sevgini, dəyəri və yaxınlığı kökündən sarsıdır. Əgər siz həqiqətən də müstəqilliyinizi vurğulamaq istəyirsinizsə, bunu daha yumşaq sözlərlə, sevgi və hörməti qoruyaraq demək çox daha sağlamdır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see249

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see176

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri