Icma.az
close
up
RU
Kişilərin nifrət etdiyi 9 İFADƏ: boşanmağa səbəbdir

Kişilərin nifrət etdiyi 9 İFADƏ: boşanmağa səbəbdir

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sözlər bıçaqdan da iti yaralaya bilər. Ərinizə dediklərinizə diqqət edin, xüsusən də mübahisə zamanı və güclü emosiyaların təsiri altında.

Milli.Az xəbər verir ki, kişilər çox vaxt hiss və emosiyalarını açıq ifadə etmirlər. Amma sizə elə gələ bilər ki, əriniz sərt sözlərinizə fikir vermir. Bu, onun içində inciklik və alçalma hiss etmədiyi demək deyil.

Diqqətli olun: əgər siz ərinizə bu doqquz ifadədən birini tez-tez desəniz, münasibətlərinizin korlanma ehtimalı böyükdür. Onda isə artıq boşanma mövzusu da uzaqda olmaz.

"Sən heç vaxt..."

Ərinizin uşaqlara kömək etməməsi və ya evdə vəd etdiyi işi yerinə yetirməməsi əlbəttə ki, incidir. Amma siz "sən heç vaxt mənə kömək etməmisən" dedikdə, əslində bir anlıq səhvi deyil, kişinin bütün zəhmətini və dəstəyini tamamilə inkar etmiş olursunuz. "Heç vaxt" sözü sərt, hörmətsiz səslənir və kişinin gələcəkdə nəsə etməyə həvəsini azaldır.

Buna görə də bir hadisəyə görə ümumiləşdirməyin və yaxşılıqları görməzlikdən gəlməyin. Konkret halı qeyd etmək daha düzgün olar: məsələn, "Bu dəfə mənə kömək etmədin, halbuki çox ehtiyacım var idi". Bu yanaşma həm münasibətə zərər vurmaz, həm də qarşı tərəfin məsuliyyətini artırar.

"Niyə sən ... kimi ola bilmirsən?"

Bir anlıq düşünün: sizi hansısa vaxtlarda ananızın rəfiqəsinin qızı, qardaşınız və ya bacınızla müqayisə etdiklərində xoşunuza gəlirdimi? Əksinə, bu cür sözlər insanın içində qıcıq, inciklik və dəyərsizlik hissi yaradır.

Kişini başqası ilə müqayisə etdikdə, siz onu olduğu kimi qəbul etmədiyinizi göstərirsiniz. Bu, nə motivasiya verir, nə də onu daha yaxşı olmağa sövq edir. Sadəcə münasibətdə sevinc və hörməti azaldır.

Əgər nəyinsə dəyişməsini istəyirsinizsə, müqayisə aparmaq əvəzinə, konkret olaraq öz istəklərinizi ifadə edin. Məsələn:

"Mən çox istərdim ki, sən mənimlə daha çox vaxt keçirəsən" demək, "Filankəs xanımın əri hər gün arvadını gəzintiyə aparır, sən niyə elə etmirsən?" deməkdən qat-qat təsirlidir.

Ərinizi başqaları ilə davamlı müqayisə etdikdə, siz onu incidirsiniz və onun özünəinamına zərbə vurursunuz, - deyə Psychologies yazır.

"Nə istəyirsən et!"

İlk baxışda bu ifadə zəhərli görünməyə bilər. Amma əslində qadın bunu deyəndə tam əks nəticə əldə etmək istəyir. Bu, gizli manipulyasiya formasıdır.

Açıq və səmimi şəkildə istəklərinizi demək əvəzinə, siz kişinin qarşısında tapmaca qoyursunuz. Ər isə baş sındırıb sözlərinizin gizli mənasını tapmağa çalışır. Beləliklə, münasibətdə qarışıqlıq və gərginlik yaranır.

Daha sağlam yol birbaşa deməkdir: "Mən istərdim ki, bu axşam evdə qalaq" və ya "Mənim üçün vacibdir ki, sən mənimlə bu məsələdə razılaşasan". Bu, nə hörməti, nə də etibarı zədələyir.

"Sənin maaşın azdır"

Müasir dünyada kişilər ailəni təmin etmək üçün çox çalışırlar. Buna görə də ər üçün "sənin maaşın azdır" sözlərini eşitmək çox ağrılı və alçaldıcıdır.

Bəli, mağazalarda qiymətlər artır, xərclər də böyüyür. Siz bu sözləri əsəbi və emosional anda deyə bilərsiniz. Amma yenə də belə ifadələr kişinin bütün zəhmətini dəyərsizləşdirir və ruhdan salır.

Əvəzinə, narahatlığınızı daha konstruktiv ifadə etmək olar: "Son vaxtlar xərclər artıb, bəlkə birlikdə büdcəni yenidən nəzərdən keçirək?" və ya "Gəl, əlavə qazanc yollarını bir yerdə araşdıraq". Bu halda siz problemi paylaşmış olursunuz, ittiham etmirsiniz.

"Uşaq kimi davranırsan"

Əriniz bəzən infantil və yetkinliksiz davrana bilər. Ancaq əgər bu barədə onunla danışmaq istəsəniz, aqressiv hücum etməyə dəyməz.

Sərt sözlərdən sonra kişi, böyük ehtimalla, içinə qapanacaq və uzaqlaşacaq. Problemi həll etmək və barışıq yaratmaq isə yalnız daha da çətinləşəcək.

"Mən özüm edərəm"

Kişilər düşüncələri oxuya bilmirlər. Əgər siz açıq şəkildə ehtiyacınızı demirsinizsə, amma sonra incik halda: "Sən bunu etmədin, mən özüm edərəm!" deyirsinizsə, bu, inciklik və münaqişə üçün zəmin yaradır. Siz şüurlu şəkildə ərinizin qəlbini qırır və ona sanki: "Sən pis həyat yoldaşısan, məni sevmirsən və ümumiyyətlə faydasızsan" demiş olursunuz.

"Kişi ol!"

Cəmiyyətdə "əsl kişi"nin nə etməli və nə etməməli olduğuna dair müəyyən stereotiplər var. Amma həyat yoldaşınızdan bu qəliblərə uyğun davranmağı tələb etmək çox zəhərli yanaşmadır.

Siz ərinizin sərtlik və iradə göstərməsini arzulaya bilərsiniz. Amma "kişi ol" deməklə bu istəkləriniz ərinizə çatmayacaq. Əksinə, bu söz münasibətləri korlayacaq və aranızda gərginlik yaradacaq.

"Sən anlamazsan"

Əriniz həqiqətən də sizin bütün hisslərinizi tam başa düşməyə bilər. Amma "Sən onsuz da məni anlamazsan" demək, onu daha da uzaqlaşdırır və yadlaşdırır. Siz sanki ona şans belə vermirsiniz ki, sizi dinləsin və anlatsın. Bu, münasibətdəki məsafəni artırır və qarşılıqlı etimadı zəiflədir.

"Mənim sənə ehtiyacım yoxdur"

Güclü və müstəqil olmaq pis deyil. Amma "Mənim sənə heç ehtiyacım yoxdur" tipli ifadələr həyat yoldaşınızı çox yaralaya bilər. Bu sözlər onun qulağında belə səslənir: "Sən mənim üçün əslində heç bir əhəmiyyət daşımırsan".

Belə ifadələr sevgini, dəyəri və yaxınlığı kökündən sarsıdır. Əgər siz həqiqətən də müstəqilliyinizi vurğulamaq istəyirsinizsə, bunu daha yumşaq sözlərlə, sevgi və hörməti qoruyaraq demək çox daha sağlamdır. /Lent.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Oktyabr 2025 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri