Icma.az
close
up
RU
Kişiliyi təbliğ edən tiktoker küçədə oğlanın geyiminə etiraz etdi, sonra isə...

Kişiliyi təbliğ edən tiktoker küçədə oğlanın geyiminə etiraz etdi, sonra isə...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Lənkəran şəhərində 1994-cü il təvəllüdlü Elnur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Sərxana (zərərçəkmiş şəxsin adı şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 iyul 2024-cü ildə, saat 19 radələrində Lənkəran şəhəri, Şirəli Axundov küçəsində baş verib. Elnur həmin vaxt orada olarkən yolun qarşı tərəfində dayanaraq mobil telefonla danışan Sərxana yaxınlaşıb, geyiminə görə irad  bildirməsinə və oranı tərk etməyi tələb etməsinə onun əhəmiyyət verməyərək yoluna davam etdiyini özünə təhqir kimi qəbul edib. 
Bunu bəhanə edən Elnur xuliqanlıq niyyəti ilə qəfildən Sərxana hücum edib, əvvəlcə qəsdən əlləri ilə arxadan boyun nahiyəsindən tutaraq itələyib, sonra isə arxadan kürək nahiyəsindən tutaraq  qəsdən yerə çırpmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2018-cü ildə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə məhkum edilərək 2 il  azadlıqdan məhrum etmə cəzasına məhkum olunub: “2019-cu ildə həbsdən azad edildim. Subayam, rəsmi olaraq heç yerdə işləmirəm. Özümü dolandırmaq üçün Bakı şəhərində fəhləlik edirəm. “Tik-tok” sosial şəbəkəsində özümə məxsus “Elnur-lenko” adlı səhifəm var. Orada düzgün kişi kimi yaşamağı təbliğ edirəm. Zərərçəkmiş Sərxanı Lənkəran şəhər sakini kimi tanısam da, onunla aramızda heç bir münasibət, qərəzçilik olmayıb. Sərxan özünü qız kimi aparır, qız kimi yeriyir, qəribə paltarlar geyinir. Mən onu cinsi azlığın nümayəndəsi kimi tanıyıram”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü il iyulun 24-də, saat 19 radələrində Lənkəran şəhərində, “Xan evi”nin yanında bərbərxananın qarşısında siqaret çəkərkən, Sərxan  onunla üzbəüz qalaraq telefonla danışıb: “Sərxana fikir verdikdə, yenə əynində qəribə paltarları olub. Bu zaman ona yaxınlaşaraq “bu nə geyimdir yekə oğlansan ayıbdır, geyiminə fikir ver” dedim. Sərxan mənə “geyimim budur, sən kimsən” deyərək məni təhqir etdi. Bundan əsəbləşərək ilk öncə sağ əlim ilə boynundan tutaraq şillər vurdum. Lakin zərbənin təsirindən yerə yıxılmadı. Sərxan getmək istəyəndə onu arxadan tutdum və  güləş fəndi ilə yuxarı qaldıraraq yerə çırpdım. Sərxan da ayağa qalxdı və qaçaraq oradan getdi. Həmin vaxt bərbərxanada işləyən tanımadığım şəxs məni  sakitləşdirdi. Mübahisə Lənkəran şəhərində “Xan Evi”nin qarşısında, ümumlikdə 2-3 dəqiqə ərzində baş verdi. Mübahisə zamanı ora kənar şəxslər toplaşmayıb. Sərxan gedəndən sonra ətrafdan mübahisə barədə maraqlanan bir neçə şəxs toplaşıb. Mən Sərxanı döyərkən əlimdə heç bir əşya olmayıb. Münaqişə zamanı Sərxan mənə xəsarət yetirməyib. Bildirirəm ki, etdiyim əməldən səmimi peşman olmuşam. Sərxana xəsarət yetirdiyimə görə onun valideynlərinə 500 manat tibbi xərcləri üçün pul verərək üzrhaqlıq etmişəm”.
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, ödədiyi 500 manatdan başqa Sərxana vurduğu zərərə görə hissə-hissə pul ödəyəcəkdir. O, xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sərxanın sözlərinə görə, təqsirləndirilən Elnuru əvvəllər tanımasa da, hadisədən sonra onu tanıyıb: “Elnur “Tik-tok” sosial şəbəkəsində özü haqqında videolar çəkərək paylaşımlar etdiyi üçün onu həmin sosial şəbəkədən tanıyıram. Elnur ilə aramızda hər hansı bir münasibətim olmayıb. İyulun 24-də, saat 19 radələrində Lənkəran şəhərində yerləşən “Xan evi” muzeyinin qarşısından keçərkən orada yerləşən  bərbərin dükanın içərisindən adını sonradan bildiyim Elnur mənə baxdı. Ona əhəmiyyət verməyərək getdim. Bərbərxananın yaxınlığında yerləşən marketdən çörək alaraq həmin bərbərxanın yaxınlığından keçərkən zəng gəldiyi üçün dayandım, telefonla danışdım. Bu zaman bərbərxananın içərisində olan Elnur çölə çıxaraq məni yanına çağırdı. Mən isə ona telefonla danışdığımı və özünün yanıma gəlməsini dedim. O da yolu keçərək yanıma gəldi. Elnur yaxınlaşan kimi mənə “sən kimsən burada qalıb telefonla danışırsan” dedi. Elnura "başa düşmədim, sən kimsən bu yol dədəvin yoludur” deyə bildirdim. Elnur da mənə “qalma burada, çıx get” deyə irad tutdu. Sonra Elnur mənə “sən gündə bir paltar geyinməklə nə deymək istəyirsən, sən kimsən haralısan, kimlərdənsən” deyə soruşdu. Ona bunun aidiyyəti olmadığını, polis əməkdaşının oğlu olduğumu dedim. Elnur buna inanmayaraq hədə qorxu gəldiyimi fikirləşdiyi üçün məni söyüb təhqir etməyə başladı. Mən də Elnura “məni narahat etmə və get işinlə məşğul ol, elə etmə ki, bütün polis şöbəsini bura töküm” dedim. Elnur mənə “get nə istəyirsən et” dedi. Yoluma davam edərkən əvvəlcə arxadan boyun nahiyyəmdən tutaraq itələdi, sonra isə arxadan tutaraq böyruüstə itələyərək məni yerə yıxdı. Həmin vaxt sağ çiynimdən xəsarət aldım. Bu zaman bərbərxanadan çıxan tanımadığım bərbər Elnuru tutaraq kənara çəkdi. Mən də ayağa qalxaraq piyada evimə gəldim. Evdə anama baş verənləri danışdım, bu barədə polis şöbəsinə gələrək ərizə ilə müraciət etdim. Səhəri gün ağrılarım olduğu üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edəndə bildim ki, sağ çiyin sümüyüm sınıb”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elnur 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı  olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri