Icma.az
close
up
RU
Kişiliyi, kişiləri öldürən səbəb Geylər niyə sürətlə çoxalır?

Kişiliyi, kişiləri öldürən səbəb Geylər niyə sürətlə çoxalır?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Eminqueyin "Lütləşən və lutlaşan klişilər" köşəsini təqdim edir.
“Dağlar yaxınlaşdıqca daha nəhəng görsənirlər, amma nəhəng kişilər bu cəhətdən dağlara oxşamırlar”.

Söz yox ki, on doqquzuncu əsrdə yaşayan irlandiyalı yazıçı Marqarit Qardiner bu fikri səsləndirəndə kişilərin mənəvi dünyasına işarə etmişdi və kənardan dağ kimi görünən kişilərin yaxınlaşdıqca necə hüznlü, nə cür əzabkeş, nə tövr bədbəxt olduqlarına can yandırmışdı. Amma...

... bu fikri tutub iki əsr sonraya – yəni, iyirmi birinci əsrə gətirəndə Marqarit xanımın, canyanan Blessinqton qrafinyasının fikri olduğu kimi qalır, məramı, ötürdüyü mesajı başqa ab-havaya, ayrı müstəviyə keçir.

Çün dövrümüzdə kişinin ənənəvi obrazı diktator heykəlləri kimi aşırılıb, plakatları kimi yandırılıb. İndi diktatorun taxtına başqa canlılar sahiblik edir. Pəh-pəhlə öydüyümüz, haqqında danışanda ancaq sosial yardımından, aylıq maaşından qırıldadığımız Qərb belə istəyir.

Amerika Hollivud adlı soyuq silahını kişilərə tuşlayıb. Doxsanlardan bu yana, “Xaç atası”nı öldürüb, “Rokki”ni nokauta salıb onların yerinə, məsələn, bir neçə il qabaq Netflixdə yayımlanan “La Casa de Papel” kimi serialda Helsinki, Palermo, Oslo kimi obrazları çıxardı.
Soyğunçudurlar, bəziləri qorxuncdurlar, nəhəngdirlər, ən əsası, qəhrəmandırlar, amma geydirlər.
Qərbin bu taxt oyunlarında Türkiyə də öz yerini bərkitmək üçün əmisinin arvadına tamah salan Behlüllə bismillah dedi. Əvvəl-əvvəl Behlül bu namussuz hərəkətilə əmisini nakişi çıxartdı. Sonra isə yavaş-yavaş nakişilik dönüb oldu geylik.
Məsələn, mafiya həyatından bəhs edən “Çukur” serialında məlum oldu ki, mafiyozlardan biri – Səlim, sən demə, yanına götürdüyü sağ əli olan gədələrə aşiq olur, hətta biriylə yatır, arvadı da bu söhbətdən halidir, nəhayət, hansısa düşməni də bunu bilir və onu bu məsələ ilə şantaj edir. Mafiya obrazını “gey”ləşdirmək Türkiyə üçün ilk idi. Hətta belə də oldu – serialın daha bir mafiyoz obrazı, yəni, Timsah Cəlili Ahmet Melih Yılmaz qəfil Meli Bendeliyə çevrildi. Vurub-yıxan, racon kəsən Ahmet Melih Meli Bendeli kimi əzilən, döyülən qadın obrazlarına can verməyə başladı.

Son zamanlar aydın oldu ki, dünyəvi serial və film çəkilməlidirsə, orada mütləq bir “gey” olmalıdır. Könlün istəyir, qəhrəmanı gey elə, könlün istəyir, epizodik olaraq istifadə et. Əsas odur, olsun!

Bir qəribə məqam da var seriallarda: Kişilər adam doğrayır, baş kəsir, Avropa, Rusiya, Amerika, İsrail kimi ölkələrlə silah alveri edir, embarqo qoyur, savaşa çıxır və sonradan məlum olur ki, bu mafiyozlar evlərindəki qadınların əlində düşüb qalıblar məəttəl. Sən demə, bütün bu savaşlarda başıdik duran bu mafiyoz babalar analarından, arvadlarından qorxurlar. Söhbətə bax, mən ölüm!

Filmlərdən, seriallardan tutmuş adi gündəlik işlətdiyimiz emojilərə qədər gəlib çıxdı bu ideya. Gör, dünyanın harasıdır ki, nokauta düşən Rokki – Slivester Stallone dilə gəldi. Dedi ki, artıq dünyada Rokkiyə ehtiyac yoxdur, çünki kişini ideallaşdırmağa icazə verilmir. Hamı bir nəfər kimi birinci uşaqları, sonra qadınları, sonra azlıqları, sonra ev heyvanlarını, sonra ekologiyanı, sonra, ən axırda, işimiz qurtaranda kişiləri düşünməliyik. Təkcə böyüklər üçün yox, elə uşaqlar üçün də bu belə olmalıdır.

Qərbin təbliğ etdiyi bu “hormon pozğunluğu” özüylə bərabər bütün dəyərləri də darmadağın edir. Əgər bir Qərb ulduzu Sofiya Urista səhnədə fanatının üzünə işəyirsə və kişi fanatı da buna könüllü razıdırsa, deməli, kişilərin alçaldılması təkcə cinsi azlıqlar üzərindən aparılmır.

Bir yandan da feminizm adlı zad buna xidmət edir. Əsl mesajı qadın və kişi bərabərliyi olan bu cərəyanın yeni sifəti kişiləri qadınlardan aciz vəziyyətə salmaq, onları barbar kimi təqdim etmək, cəmiyyətin ən böyük düşməni kimi qələmə verməklə qadın hegemoniyasını təmin etməkdir.

(Üzdəniraq deyiləndə ağlınıza təkcə geylər, transseksuallar gəlməsin. Buna həm də lezbianlar da daxildir. Lezbianlıq həm də kişiyə ehtiyacın olmadığı haqqında mesajıdır).

N qədər nümunə çəkə bilərəm. Qara pulların yuyulmasına xidmət edənindən tutmuş nüfuzlu adamlara şər atanına qədər. Yetişdirilən, məşhurlaşdırılan bu elgebeteçiləri sevdirdilər millətə. Baboşlar, nəsiblər, bayramlar və sairələr müzakirə edilir... Özü də, təkcə müzakirə edilmir, həm də ....

TV-lərdə əzilə-büzülə danışan "kişi"lər aparıcılıq edir. Əzilib-büzülən kişilər ailə koçlarıdırlar, psixoloqdurlar, jurnalistdirlər. Bircəciyinə söz desən, adamı daşa tutarlar. "Kimə pisliyi dəyib?" arqumentilə gözünü kor eləyib səni qeyri-insani, vəhşi, qəddar biri kimi məşhuri-cahan eləyərlər.

Bu proses təkcə filmlə, serialla, sənətlə, sosial şəbəkələrlə, TV ilə yox, həm də gündəlik həyatımızda baş verənlərin məcrasını dəyişməklə də aparılır. Kişi əməyi heçə sayılır, gördüyü işin əvəzində qəpik-quruş verilir, ailəsinin, övladının, dost-tanışının yanında alçaldılır, əvəzində qadın əməyi daha bahalı, daha gəlirli bir şeyə çevrilir. Hətta bu dəqiqə qadının dalı belə kişinin qabarlı əllərindən, düşünən beynindən daha sanballı gəlir mənbəyidir. Qadın təkcə slikonlu dalı ilə kişiyə qalib gəlir. Slikonlu olmaya, anadangəlmə yekə də ola bilər.

Təhsil müəssisələrində də eyni repressiya aparılır. Dolayısı ilə. Müəllimlərin maaşının azlığı kişi müəllimlərin məktəbdə yoxluğuna gətirib çıxarır. 500-600 manat maaşla ailə dolandıra bilməyəcəyini düşünən heç bir kişi ixtisası müəllimlik olsa belə, bu maaşla müəllimlik etməz. Bu nəyə gətirib çıxarır? Oğlan uşaqlarının həlim böyüməsinə, sanki cəmiyyətin bütün gücünün qadınların üzərində qurulmasına. Yalan deyirəmsə, sinifdə hay-küyü, özbaşınalığı kişi müəllimləri çağırıb sakitləşdirən qadın müəllimlər desin ki, bəli, yalan deyirsən.

Artıq hər yerdə “qadın axtarılır”, kişi yox. Kişi cüzdandır, bankomatdır, quldur, fəhlədir. Ən yaxşı halda, iş adamı ola bilər. Təəssüf ki, iş adamı olandan sonra da proyekt kimi məhz gey axtarmağa başlayır. Kimisini könüllü, kimisini də şantajla. Kişiləri lütləşdiriblər, lutlaşdırıblar.

Ən hegemon dövləti üçüncü cins yaradan, övladlarına cinsiyyətini seçmə haqqı verən ABŞ olan bu dünyada bu zəncir qırılacaqmı? Bilmirəm. Bu boyda sosial sifarişin qarşısında dura biləcəyikmi? Onu da bilmirəm. Bildiyim bir şey var, bir gün desələr ki, əslində, Məryəm uşağı heç Allahdan da yox, anası Annadan dünyaya gətirib, təəccüblənmərəm. Hər şey əndazəsini o qədər aşıb, hər şey hədəqəsindən o qədər çıxıb.

“Onların məclisləri bir-birinə söyüş söymək, qapaz vurmaq, qumar oynamaq, şallaq vurmaq, daş atmaq, tar və tütək çalmaq, kəşfi-övrət və ləvat etmək kimi pis əməllərlə keçərdi, bir-birinin yanında məclislərdə öz mədə havalarını xaric edirdilər.

Əxlaqsızlığın belə əxlaq normaları var. Lut qövmü onlardan öncə kimsənin etmədiyi bir əxlaqsızlığı edir və onlarla eyni təfəkkürdə olmayan, təmiz olanlara qarşı da mübarizə aparır, onları yurdlarından çıxaracaqları ilə hədələyirdilər.

Lut onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Doğrudan, siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz?

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi Reanimasiyaya düşən Xalq artistinin son vəziyyəti Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see275

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see208

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see149

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see145

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see143

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see141

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see137

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see133

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see131

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see130

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see127

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see124

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see122

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see122

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see121

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see120

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see120

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see119

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see119

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri