Icma.az
close
up
RU
Kişinin heyfini qadından almazlar...

Kişinin heyfini qadından almazlar...

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu günlərdə Azərbaycanın informasiya agentliklərində, yerli kanallarda çox ciddi bir məlumat yayıldı. Məlumatın başlığı belə idi: "Prezidentin ailəsini şantaj edən şəxs saxlanıldı".

Təqdim olunan videomaterialdan belə məlum olur ki, Dövlət Təhlükəsizliyi Xidməti bu əməli törətməkdə şübhəli bilinən şəxsi (F.S.) saxlayıb. Videomaterialda həmin şəxsin Amerika Birləşmiş Ştatlarına mühacirət etmiş, hazırda blogerliklə məşğul olan Mehman Hüseynova və Almaniyada sığınacaq almış Qabil Məmmədova yaxın adamlarla əlaqəsi haqda danışılır. Saxlanılan şəxsin səs yazısı təqdim olunur. O deyir ki, Mehman Hüseynovla əlaqə yaradıb. Ondan Prezident İlham Əliyevin gəlini Alyona Əliyevanın şəxsi həyatına dair videogörüntüləri və fotoşəkilləri istəyib. Yuxarıda adları çəkilən şəxslərin - mühacir blogerlərin yaxınları kimi təqdim olunan Elman Əliyev və Məmməd Zəki Səlimov ona bu cür şəkillər və videogörüntülər göndərib. F.S. və Elman Əliyev arasında telefon danışıqlarının səs yazısından məlum olur ki, saxlanılan şəxs bu fotolardakı və videomateriallardakı qadının Alyona Əliyeva olmadığından, başqa şəxs olduğundan şübhələnib, bu şübhəsini Elman Əliyevlə telefon söhbətində konkret faktlarla əsaslandırmağa da çalışıb. Ancaq ona bildirilib ki, bu fotolar və sair həqiqidir. F.S. isə buna əsasən Prezidentin ailə üzvləri ilə, eləcə də, Heydər Əliyev Fondu ilə əlaqə yaratmağa çalışıb. Özünün dediyinə görə, bu materialların yayılmaması üçün əvvəl 10 milyon avro istəyib, sonra isə bu işin tez alınması üçün tələbini 5 milyon avro məbləğinə endirib. Bir sözlə, ölkə Prezidentinin ailəsini şantaj etməyə uğursuz cəhd göstərib. Bundan sonra həmin şəxsi DTX saxlayıb, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb. Saxlanılan şəxsin telefonundakı informasiya və görüntülərin araşdırılmasından məlum olub ki, Mehman Hüseynovun və başqalarının efirdə yaydıqları görüntülərdəki şəxs Alyona Əliyeva deyil, tamamilə başqa biri - blogerliklə məşğul olan bir qadındır. Həmin bloger qadının kimliyi və ünvanı da istintaqa məlumdur.

Bütün bunlar, dediyimiz kimi, yerli informasiya kanallarında yayılmış bir videomaterialdan məlum olub.

Bu videomaterialları izlədikdən sonra bir sıra qənaətlərə gəlmək olur:

Birincisi, bu materiallar saxtadır və həqiqəti əks etdirmir; Mehman Hüseynovun yaydığı şəkillərin və videolarının ölkə Prezidentinin ailə üzvünün şəxsi həyatına heç bir dəxli yoxdur və bu iddialar tamamilə yalan üzərində qurulub.

Əslində həmin görüntülər saxta deyil, sadəcə, Alyona Əliyevaya aid edilməsi saxta məlumatdır. Görüntülərdəki başqa adamdır.

İkincisi, DTX-nin saxladığı şəxsin etiraf dolu izahatından bəlli olur ki, bu foto və viedoları Mehman Hüseynova yaxın adamlar Prezidentin ailəsini şantaj etmək məqsədilə F. S. adlı şəxsə ötürüb. Yəni burada məsələ, sadəcə, yalan məlumat yaymaq, böhtan atmaq deyil, şantaj yolu ilə xüsusilə külli miqdarda pul əldə etmək imiş. Bir sözlə, hər şey həm də pulun başındaymış.

Üçüncüsü, "həm də" deməyimizin məqsədi var: bu video və fotoları qaçaq blogerlərə göndərən şəxs və ya şəxslər olub. Adı çəkilməyən bir şəxsin səs yazısından məlum olur ki, bu şantajın bir də siyasi məqsədi varmış: ölkə Prezidentinin ailəsini şantaj edərək, ictimai rəy yaratmaq, hakimiyyəti, dövlət rəhbərini devirmək üçün zəmin yaratmaq. Həm də "xaricdən verilən icazə", yəni xüsusi tapşırıqla. Bu tapşırığın hardan gəldiyini də DTX araşdırır. Hər halda yayılmış məlumatda belə deyilir.

Dördüncüsü, ən başlıcası, ölkə hakimiyyəti şantaja, təhdidə boyun əymir, əksinə bu məsələnin üstünə gedir, qurulmuş oyunlar, gizli planlar, əsl həqiqət aşkara çıxarılır və cəmiyyətlə paylaşılır.

Beləliklə, məlum olur ki, bu iş xüsusi məqsədlərlə qurulub - Prezidentin ailəsinə qarşı bu əməli törədənlər qabaqcadan əlbir olan bir qrup şəxsdir, yəni mütəşəkkil dəstədir. Hər halda izlədiyimiz materialdan belə qənaət hasil olur, yaxud belə bir şübhə yaranır. Ancaq, göründüyü kimi, dəstə qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib. Bu dəqiqdir və aydındır.

Sonda bir şeyi də vurğulamaq istəyirəm: hakimiyyətə müxalif mövqedə olanlar, hətta düşmənçilik belə edənlər var, bu, məlumdur. Hər ölkədə var, hər dövrdə olub. Ancaq nəinki siyasi mübarizədə, hətta düşmənçilikdə belə ailə üzərindəm, qadın, uşaq üzərindən rəqibə hücum etmək çox pis hərəkətdir və cəmiyyət də bunu qəbul etməz. Kişini qadınla vurmazlar, həm də saxta görütülərlə, yalan məlumatlarla heç vurmazlar. Bu cür əməllərə cəmiyyət də pis baxır, qəbul etmir, əksinə bu, bumeranq effekti verir - ailə, qadın, uşaq üzərindən edilən hücum əks-zərbə kimi bunu edənin özünə qayıdır.

Rejissor Kamil Rüstəmbəyovun unudulmaz yazıçı Fərman Kərimzadənin romanı əsasında çəkdiyi məşhur "Axırıncı aşlrım" filmində deyildiyi kimi: "Kişinin heyfini arvaddan almazlar..."

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Mart 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri