Icma.az
close
up
RU
Kişinin üç bəlası var: su, od, deyingən arvad Ailə, qohumlar və sevgi

Kişinin üç bəlası var: su, od, deyingən arvad Ailə, qohumlar və sevgi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Aygün Əzizin təcüməsində "Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər" yazısının ikinci hissəsini təqdim edir.

əvvəli burada: Yaxşı danışıqla borc ödəmək olar

AİLƏ, ÖVLAD, QOHUM-ƏQRƏBA, SEVGİ

Yaxşı valideynlərin yaxşı uşaqları olur.
Yaxşı bacının əri də yaxşıdır.
İyirmi yaşa qədər dünyaya uşaq gətir, otuza qədər həyatını qur.
Hamı elə bilir ki, qonşunun məhsulu özününkündən daha yaxşıdır, hamı elə bilir ki, öz qızı hamınınkından daha gözəldir.
Hamıya öz uşağı daha yaxşı görünür, amma arvadı pis.
Axmaq adam arvadını, ağıllı isə uşaqlarını təriflər.
Kişinin üç bəlası var: su, od, deyingən arvad.
Araqdan bir gün, dar ayaqqabıdan bir ay, deyingən arvaddan bir ömür boyu əziyyət çəkərlər.
Ailə davası əksər hallarda it boğuşmasını xatırladır.
Ərlə arvadın davası bıçaqla bölünmüş suya bənzər.
Fikirlərin üst-üstə düşməsi ərlə arvadı yaxınlaşdırır.
Kasıb evdə ər arvadın nazını daha çox çəkər.
Qəmini əri ilə bölüşən arvad daha çox sevgiyə layiqdir.
Uşaq gözləyən arvadına qarşı çox diqqətli ol.
Ərlə arvad ayrılanda, əksər hallarda düşmənə çevrilirlər.
Dava-dalaşdan sonra ərinə qayıdan arvad onun valideynlərinə daha yaxşı davranır.
Bir gecəlik məhəbbət Çin səddi qurmağa qadirdir.
Sevimli arvadının valideynlərinin evinə salam göndər.
Nalayiq əri arvadının bacarığı da xilas etməz.
Otaqda oğula elə gəlir ki, anası, mətbəxdə isə arvadı haqlıdır.
Arvadını itirmisənsə, burada valideynlərini günahlandırma.
Ərinin evində xoş deyilsə, qayıt öz valideynlərinin evinə.
Qız övladı olmayan ev ocağı olmayan soba kimidir.
Qız övladı çox olan evin qapıları həmişə açıq olur.
Gəlini evə gətirməyə tələsməzlər.
Quş öz yumurtasındakı poxu görməz.
Hər oğulun öz öhdəliyi var.
Böyük oğul kiçiyi kiçiyin onu sevdiyindən daha çox sevər.
Məhsul olmayan il həm uşaqlar, həm də valideynlər son tikələrini bir-biri ilə bölüşür.
Uşağı cəzalandıranda onu daha çox sevməyə başlayırsan.
Ancaq özü övladlarını böyüdən valideynlərinin qədrini bilər.
Valideynlər uşaqlarını uşaqlarının onları istədiyindən daha çox sevər.
Əlilin oğlu valideynin qayğısına daha yaxşı qalar.
Uşaqları yaxşı geyindirmək elə də asan iş deyil.
Övladları tərəfindən unudulan valideynlər yarpaqsız ağac kimidirlər.
Qız övladın uşağını beldə gəzdirirlər, oğul övladın balasını isə özü yeriməyə məcbur edirlər.
Valideynləri ilə birlikdə yaşadığı müddət ərzində uşaqlarınızı uşaq sayın.
Sevimli övladı da bəzən cəzalandırmaq lazım gəlir.
Övladın ürəyini atasından daha yaxşı bilən olmaz.
Uşağın da böyüdüyü vaxt gələcək.
Həsrətlə gözlənilən övlad çox vaxt kor doğulur.
Pələng də balalarını müdafiə edir.
Kirpi balasının dərisini yumşaq bilir.
Uşaq da doğru olanı söyləyər.
Yaxşı soba pis anadan daha çox adamın canını qızdırır.
Qayınata və qayınanaya həmişə elə gəlir ki, kürəkən ac qalır.
Ana on kürəkənində pis heç nə görmür, amma bircə gəlinində hər şeyin pis olduğunu düşünür.
Sevdiyin adamın catışmazlıqlarını görmürsən.
Qızının əri – arzuolunan qonaqdır.
Qız valideynləri kürəkəni oğul bilirlər.
Qızın anası kürəkəni, oğlanın anası gəlini sevər.
Qohum pis gündə adamı üzü üstə qoymaz.
Arvadın bütün qohumlarına eyni cür yanaşma.
Təcrübəli ər arvadın qohumları ilə necə davranacağını yaxşı bilir.
Qayınana həmişə vaxtsız gəlir.
Oğlan anası heç yuxuda da gəlinin qohumlarını görmək istəmir.
Ondan inciyənin dayı/əmi olduğunu biləndən sonra üzr istəyir.
Dayı/əmi bacı/qardaşoğluna necə yanaşarsa, elə də münasibət ondan görər.
Pis əmi/dayı yükü bacı/qardaşoğluna verər.
Fərsiz gəlin xeyrat vaxtı xəstələnər.
İkinci gəlini görəndə birincinin qədrini bilərsən.
Adı çıxmış çətin ki, ərə gedə bilə.
Kiçik qızına ər tapmaq ananın özünün yenidən ərə getməsindən daha çətindir.
Qızı ilə yad toyuna hər ana getməz.
Varlı adam uzaq qohumuna da görüm-baxım edir.
Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
Hər kənddə subay bir oğul var.
Bacının evində yeznənin boşqabı gözə böyük görünər.
Təsadüfi sevginin sonu ayrılıq olur.
Gəlinin yaxşılığı qayınananın gözünə görünməz.
Köhnə çarığın da öz tayı olur.
Tənha durnanın cavabsız məhəbbəti kimidir.
Balıq böyüdüyü suyu istər.
Doğma yerlərin qarğası da adama xoş gəlir.
Kişi neçə dəfə evlənirsə evlənsin, seçdiyi qadınlar bir-birinə bənzəyəcək.
Tikməyi bacarmayan qadın saçını su ilə isladar.[1]
Yelbeyin qadından yaxşı qayınana çıxır.
Yağış kəsdi, indi yaxınlarının qəbirlərini səhmana sal.

[1] Saçını daramaq daha rahatdır, amma bu isladır (yəni lazım olan, qəbul edilmiş qaydada iş görmür mənasında)

"Şah Abbas Namə" tamaşasının məşqləri bitmək üzrədir Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun! Aydın Quliyev vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri