Icma.az
close
up
RU
VALIDEYNLƏRİN CIBİNƏ HESABLANAN “YENİLİKLƏR”... Hər il eyni kitablara niyə əlavə pul veririk?

VALIDEYNLƏRİN CIBİNƏ HESABLANAN “YENİLİKLƏR”... Hər il eyni kitablara niyə əlavə pul veririk?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Hər il abituriyentlər Azərbaycanda qəbul imtahanına hazırlaşan zaman bəzən hər il, bəzən də il ərzində bir neçə dəfə yenilənən dərs vəsaitləri üçün əlavə xərc çəkməli olurlar. İmtahan mövsümü yaxınlaşdıqca valideynlər övladlarının hazırlığı üçün test kitabları, mövzu topluları, sınaq imtahanları və digər vəsaitlər almağa məcbur qalırlar.

Məsələnin diqqət çəkən tərəfi isə yeni nəşrlərlə əvvəlki nəşrlər arasındakı fərqin hər zaman ciddi olmamasıdır. Kitabların yeni versiyalarında ayrı-ayrı sualların, tapşırıqların və ya bəzi bölmələrin dəyişdirilməsi müşahidə olunsa da, əsas məzmunun böyük hissəsinin əvvəlki nəşrlə eyni qaldığı hallara tez-tez rast gəlinir.

Xüsusilə qəbul imtahanına hazırlaşan şagirdlərin onsuz da repetitor, kurs, sınaq imtahanı və digər hazırlıq xərcləri olduğu nəzərə alınarsa, dərs vəsaitlərinin tez-tez yenilənməsi ailələrin büdcəsinə əlavə yük yaradır. Bir neçə fənn üzrə hazırlıq keçən abituriyent üçün isə bu xərc daha da artır.

Bəs abituriyentlər üçün hazırlanan dərs vəsaitləri niyə hər il yenilənir?

Təhsil eksperti Əmrah Həsənli "AzPolitika"ya bildirib ki, abituriyentlər üçün nəzərdə tutulan dərs vəsaitlərində cüzi, kosmetik dəyişikliklər edilərək kitabların yeni nəşr adı ilə yenidən satışa çıxarılması nə maarifçilik, nə də təhsilin inkişafına xidmət edir.

Onun sözlərinə görə, bu yanaşma şagird və valideynlər üçün əlavə maliyyə yükü yaradır: “Abituriyent vəsaitlərində hər cür cüzi, kosmetik dəyişikliklər edilib, yeni nəşr adı ilə yenidən satışa çıxarılması və müəllimlərin də abituriyentlərə köhnə kitabı kənara qoyub yenisini almağı tövsiyə etməsi nə maarifçilikdir, nə də təhsilə xidmətdir. Bu, sadəcə olaraq, təhsil biznesinin şagird və valideynlərin cibinə yönəlmiş əlavə maliyyə yüküdür. Bir-iki sualın yerini dəyişməklə, yaxud müəyyən redaktə aparmaqla kitabın mahiyyəti, proqramı və tədris metodikası dəyişmir. Təəssüf ki, bəzi nəşriyyatlar bu addımı süni tələbat yaratmaq və hər il sabit qazanc əldə etmək üçün atırlar. Hazırlıq müəllimlərinin bir qismi də prosesin dərinliyinə varmadan, sırf səhifə və sual nömrələri üst-üstə düşsün deyə valideyni yeni kitab almağa məcbur edir".

Ekspertə görə, bu yanaşma həm sosial baxımdan ədalətsizdir, həm də təhsilin mahiyyətinə ziddir: "Hesab edirəm ki, bunun tənzimlənməsi üçün müəyyən mexanizmlərin qurulması tamamilə mümkündür. İlk addım kimi kitabların nəşr və təkrar nəşr statusunun müəyyənləşdirilməsi üçün aydın meyarlar tətbiq oluna bilər. Əgər kitabda dəyişiklik müəyyən faizdən, məsələn, 20-30 faizdən azdırsa, ona yeni nəşr statusu və yeni qiymət indeksi verilməməlidir. Nəşriyyat sadəcə olaraq bunun təkrar nəşr olduğunu dürüst şəkildə qeyd etməlidir. Əgər proqrama həqiqətən 10-15 yeni sual və ya kiçik qeydlər əlavə olunubsa, nəşriyyatın buna görə kitabı tamamilə yenidən satması əvəzinə, həmin dəyişiklikləri ayrıca təqdim etmək mümkündür".

"Üstəlik, nəşriyyatlar öz saytlarında və sosial şəbəkə səhifələrində bu yenilikləri PDF formatında təqdim etməyə borclu olmalıdırlar. Köhnə kitabı olan şagird həmin 2-3 səhifəlik əlavəni yükləyib istifadə edə bilməlidir. Müəllimlər də anlamalıdırlar ki, tədrisin keyfiyyəti kitabın nəşrində deyil, biliyin şagirdə necə təqdim olunmasındadır. Səhifə və sual nömrələrindəki fərqə görə valideyni yeni kitab almağa məcbur etmək əvəzinə, müəllim mövzunu izah etməyi və biliyi düzgün şəkildə çatdırmağı bacarmalıdır. Nəşriyyat sektoru, məncə, tədricən rəqəmsal platformalara keçməlidir. Şagird kitabı rəqəmsal abunəliklə əldə etdikdə, hər il yenilənən suallar avtomatik olaraq həmin tətbiqə yüklənə bilər. Beləliklə, valideyn hər il sıfırdan yeni kitab almaq məcburiyyətində qalmaz", - deyə ekspert bildirib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri