Icma.az
close
up
RU
Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu

Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 №-li kitabxana filialı “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil etdi.

Ulu Öndər Heydər Əliyev və Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir Bəxtiyar Vahabzadənin öz səsi ilə söylədiyi “Vətən” şeiri ilə başladı.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq qonaqları salamladı. O bildirdi ki, dövlət başçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalanmışdır. Lətifə Məmmədova Xalq şairinə Ulu Öndər tərəfindən çox dəyər verildiyini vurğuladı, şairin yaradıcılığı, Şəkidəki Ev muzeyi, M.Kaşqari adına Beynəlxalq fond tərəfindən Şəkidə B.Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans haqqında qısa məlumat verdi. O qeyd etdi ki, B.Vahabzadənin Vətən və vətənpərvərlik, şəhidlər, ana dilimiz, ana haqqında gözəl şeirləri var. O, şairin lirik şeirlərinə toxundu, şairin 1975-ci ildə yazdığı “Muğam” poeması haqqında da məlumat verdi.

4 №-li kitabxana filialının müdiri Kamilə Novruzova B.Vahabzadənin həyat və yaradıcılığının əsas məqamlarına toxundu. O qeyd etdi ki, Xalq yazıçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar kitabxanada silsilə tədbirlər, şeir və inşa müsabiqələri təşkil olunacaq.

Şair Aləmzar İlay çıxışında B.Vahabzadənin Vətənə, xalqa bağlılığından danışdı. O bildirdi ki, B.Vahabzadənin Vətən haqqında şeirləri hər birimizə örnəkdir. Aləmzar İlay şairin “Görən hara gedir bu millət” şeirini səsləndirdi.

“Qızıl qələm” mükafatı laureatı, şair Natella Nur B.Vahabzadə ilə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, şairlə ilk dəfə tələbəlik illərində görüşüb və B.Vahabzadə ona avtoqrafı ilə kitab bağışlayıb və adının sonuna “Nur” yazılmasını tövsiyə edib.

Şair Bayram Aşıqlı B.Vahabzadənin vətənpərvərliyindən, onun bayrağa olan sevgisindən danışdı.

“Uğurlu yol” qəzetinin məsul işçisi Nüsrət Əlioğlu bildirdi ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Bəxtiyar Vahabzadə kimi şairi var. O, B.Vahabzadənin gələcək nəsillərə örnək olmasını arzuladı.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu, şair Aytəkin Mehmanqızı çıxışında B.Vahabzadənin sözünün işığına yığışdığımızı bildirdi. Xalq şairinə ithaf etdiyi şeirini səsləndirdi və gələcək nəsillərin dahi insanları unutmadığını qeyd etdi. O, B.Vahabzadənin “Bir ürəkdə dörd fəsil” şeirini səsləndirdi.

“Gənclik gələcək press” və “Sənət dünyası” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayev B.Vahabzadənin onun müəllimi, çox tələbkar, səmimi, xeyirxah insan olduğunu fəxrlə qeyd etdi. Və çıxışını bu sözlərlə yekunlaşdırdı: “O, bizə Vətəni sevməyi, dilimizin saflığını, onu qorumağı öyrətdi, şair bizə həyat dərsi keçirdi”.

Yazıçı, publisist Əli Yusif Xalq şairi Bəxtiyar Vahabzadənin alim, müəllim olduğunu, gördüyü işlərin əvəzolunmazlığından danışdı. Bildirdi ki, B.Vahabzadə millət üçün əlindən gələni etmişdir.

“Qızıl Zəngilan” jurnalının layihə rəhbəri və təsisçisi Tarverdi Abbasov B.Vahabzadənin özəl xarakterli olduğunu və bunu ən yaxşı Ulu Öndər Heydər Əliyevin bildiyini, bütün parlament iclaslarında ona söz verdiyini vurğuladı.

Şair-publisist Tubu İman şairin “Bir salama dəymədi” şeirini səsləndirdi.

“Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov, “Xalq hakimiyyəti” qəzetinin baş redaktoru Surxay Hümbətov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Zəngilan Rayon Veteranlar Təşkilatının sədri Ənvər Qarayev, şair Şəhla Qarabağlı B.Vahabzadə ilə bağlı xatirələrindən danışdı. Tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin xeyirxah əməllərindən, onun gənclər haqqında ibrətamiz çıxışlarından danışdılar.

Tədbirdə B.Vahabzadəyə həsr olunan videoçarx izlənildi:

https://www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=127s

seeBaxış sayı:123
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri