Icma.az
close
up
RU
Ədəbiyyat Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

Ədəbiyyat Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-musiqili tədbir keçirilib.

525.az xəbər verir ki, tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq görkəmli şairin ömür yoluna nəzər salıb, onun zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər haqqında məlumat verib. O, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə Azərbaycan xalqının və mənəviyyatının bir hissəsinə çevrilmiş böyük insan olduğunu vurğulayıb. Qeyd edib ki, sağlığında da canlı tarix olan Bəxtiyar Vahabzadə sadəcə istedadlı söz ustası deyil, xalqın varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisidir. Şair bütün yaradıcılığı ilə mənsub olduğu xalqın yaddaşına hopmuş sənətkarlardandır.

Muzeyin direktoru çıxışında Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamına əsasən şairin yubileyinin ölkə miqyasında geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. O, bugünkü tədbirin də həmin yubiley münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində baş tutduğunu söyləyib.

Böyük şairin həyatda var olan insan kimi anıldığını deyən akademik Rafael Hüseynov onun qələmi və sözüylə ədəbiyyat tariximizdə daim yaşamaq haqqı qazandığını bildirib. O, Bəxtiyar Vahabzadənin yalnız Azərbaycan şairi deyil, bütün Türk dünyasının ortaq şəxsiyyəti, qüdrətli söz ustası olduğunu vurğulayıb. Əlavə edib ki, yorulmaz qələmi, hüdudsuz düşüncələri ilə xalqına xidmət etmiş Bəxtiyar Vahabzadənin poeziyasında insanı azadlığa, dürüstlüyə, Vətənə sədaqətə aparan güclü bir ruh var. Onun bir şair və vətəndaş olaraq qayəsi öz Vətənini bütöv, ölkəsini müstəqil, xalqını azad görmək olub.

Akademik Rafael Hüseynov şairlə bağlı xatirələrini bölüşərək, Bəxtiyar Vahabzadənin Azərbaycanın böyük idealları uğrunda mübarizə apardığını, 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olduğunu deyib. Bildirib ki, ustad şairimiz sovet imperiyasının repressiya maşının ən güclü vaxtlarında "Gülüstan" poemasını qələmə alıb və o zaman Şəkidə çıxan "Nuxa fəhləsi" qəzetində bu poemanı dərc etdirib. Böyük səs-küyə səbəb olan “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadə təqib edilib, işdən çıxarılıb. Ulu Öndər Heydər Əliyev o zaman Bəxtiyar Vahabzadəni təhlükədən xilas edib, həbs olunmağa qoymayıb, onu yüksək ad və mükafatlarla təltif edib.

Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığının böyük elmi məktəb olduğunu söyləyən akademik Rafael Hüseynov şairin həm də müəllimlik etdiyini, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda daim mübarizə apardığını vurğulayıb.

Çıxışının sonunda akademik Rafael Hüseynov qeyd edib ki, Xalq şairi Bəxtiyar Vahabzadə elmi-ictimai fəaliyyəti, böyük şəxsiyyəti, zəngin irsi və bütövlüyü ilə Azərbaycan oxucusunun qəlbində həmişə yaşayacaq.

Daha sonra Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələr, şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, rəqs nömrələri ifa edilib.

Tədbirin şeir və mahnılarla davam edən bədii hissəsi 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlarının ifasında olub.

Sonda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Ədəbiyyat Muzeyi tərəfindən fəxri fərman ilə təltif edilib.

Qeyd edək ki, ədəbi-musiqili tədbir Ədəbiyyat Muzeyinin Həmkarlar İttifaqı Komitəsi və Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin birgə əməkdaşlığı ilə baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri