KİV: AB Trampı Qrenlandiyaya görə ABŞ bazalarını bağlamaqla hədələyə bilər
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-a təzyiq göstərmək üçün iqtisadi sanksiyalara, ticarət rüsumlarına və ya ərazisindəki ABŞ hərbi bazalarını bağlamaq təhdidinə əl ata bilər.
APA xəbər verir ki, bu barədə “The Economist” jurnalı mənbələrə iistinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun Ramstein kimi Avropa hərbi bazalarına çıxışı olmadan hərbi gücünü Afrika və Yaxın Şərqə yönəltməsi olduqca çətin olacaq.
Məsələn, Venesuela sahillərində neft tankerlərinin son ələ keçirilməsinin uğuru birbaşa Britaniya hərbi aerodromlarındakı resurslara çıxışdan asılı idi.
Jurnal qeyd edir ki, ABŞ ilə qarşıdurma ehtimalı azdır, çünki bu, AB-nin Amerika qoşunlarından və hərbi-sənaye kompleksindən asılılığı səbəbindən hərbi xərclərini sürətlə artırmasını tələb edəcək.
Bundan əlavə, ticarət müharibəsi AB büdcələrinə böyük yük yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 18 Yanvar 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















