KİV: ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və Rusiya yaxın gələcəkdə Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı çərçivə sazişini razılaşdıra bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" nəşri Ağ Ev rəsmisinə istinadən yazıb.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın komandası Avropa İttifaqı və Ukraynanın iştirakı olmadan Rusiya ilə danışıqlar aparıb. Ağ Ev bu danışıqların nəticəsini Kiyevə artıq qəbul edilmiş yekun qərar kimi təqdim etmək niyyətindədir.
Məlumata görə, ABŞ-nin yeni planı Ukrayna Prezidenti Volodimir Zelenskiyə noyabrın 20-də ABŞ hərbi nümayəndə heyəti ilə görüş zamanı təqdim edilə bilər.
Daha əvvəl "Axios" nəşri yazıb ki, ABŞ və Rusiya 28 bənddən ibarət sülh planını müzakirə edir. Bu plana dörd kateqoriya daxildir: Ukraynada sülh, onun üçün təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik, ABŞ, Rusiya və Ukrayna arasında gələcək münasibətlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 19 Noyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















