KİV: Avropa İttifaqı G7 sammitinə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlaya bilməyəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətində keçiriləcək "Böyük Yeddilik" (G7) sammitinə qədər hazırlamağa vaxtı çatmayacaq.
APA xəbər verir ki, bu barədə "EU Observer" portalı avropalı diplomatlara istinadla məlumat yayıb.
“Biz hələ 18-ci paketə dair hüquqi mətnləri belə almamışıq, bu səbəbdən iki həftə ərzində razılığa gəlmək olduqca iddialı görünür”, – deyə mənbələrdən biri bildirib.
Digər mənbələr isə ehtimal edir ki, yeni sanksiyalar paketi yalnız ayın sonuna qədər hazır ola bilər. Avropa İttifaqının səfirləri isə 4 iyun tarixində Brüsseldə qapalı görüşdə ABŞ-ın təşəbbüsünü müzakirə etməyi planlaşdırırlar.
Bu mövzuda digər xəbərlər:Avropa İttifaqı Rusiyaya qarşı 15ci sanksiyalar paketini təsdiqlədi
12 Dekabr 2024 11:10
Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiyalar paketini hazırlayır
27 May 2025 14:14
“Avropa İttifaqı Rusiyaya qarşı 19 cu sanksiyalar paketini hazırlayır”
26 Avqust 2025 10:34
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar üçün yollar axtarır
15 Aprel 2025 16:50
Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiqinə hazırlaşır
01 Fevral 2025 13:34
Baxış sayı:103
Bu xəbər 03 İyun 2025 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















