Icma.az
close
up
RU
KİV: Avropa müharibə qorxusu və Ukrayna ilə bağlı şübhələr səbəbindən iflic vəziyyətindədir

KİV: Avropa müharibə qorxusu və Ukrayna ilə bağlı şübhələr səbəbindən iflic vəziyyətindədir

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa liderləri qitədə böyük müharibə riskindən daha tez-tez danışmağa başlasalar da, onların addımları xüsusilə Ukrayna məsələsində ziddiyyətli olaraq qalır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” jurnalının redaksiya məqaləsində qeyd olunur.

Nəşr yazır ki, 23–24 aprel tarixlərində Kiprdə keçirilən Aİ sammiti zamanı Polşanın baş naziri Donald Tusk Rusiyanın yaxın zamanda Avropaya müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edib. O, Avropanın təhlükəsizlik məsələsinə daha ciddi yanaşmalı olduğunu və NATO ilə Aİ çərçivəsində müdafiəni gücləndirməli olduğunu vurğulayıb.

Lakin məqalədə qeyd edilir ki, Avropa hökumətlərinin praktik addımları daha ehtiyatlı görünür. Bu ay Aİ Ukrayna üçün 90 milyard avro kredit paketini təsdiqləsə də, ölkənin birliyə üzvlüyü ilə bağlı müzakirələr çətin olaraq qalır. Xüsusilə Fransa və Almaniya prezident Volodimir Zelenskinin sürətli üzvlük tələbinə ehtiyatla yanaşır. Almaniya kansleri Fridrix Merts bildirib ki, müharibə dövründə ölkənin Aİ-yə daxil olması mümkün deyil və Ukrayna ciddi standartlara cavab verməlidir.

Təhlükəsizlik və iqtisadiyyat arasında tərəddüd

Məqaləyə görə, bəzi narahatlıqlar başadüşüləndir: Ukrayna hələ də korrupsiya problemləri olan və sərhədləri qeyri-müəyyən qalan həssas demokratiya hesab olunur. Digər narahatlıqlar isə daha mübahisəlidir. Məsələn, Avropadakı fermerlər Ukrayna kənd təsərrüfatının rəqabətindən ehtiyat edir, baxmayaraq ki, Aİ-dəki subsidiya sistemi də islahatlara ehtiyac duyur.

Bununla belə, Ukraynanın tərəfdarları ölkənin Avropa təhlükəsizliyi üçün strateji əhəmiyyətini vurğulayır. Buraya Avropanın ən böyük ordularından biri və müasir hərbi texnologiyalar daxildir. Nəşr Finlandiya prezidenti Aleksandr Stubbin açıqlamasını da sitat gətirir: "Biz avropalılar anlamalıyıq ki, Ukrayna bizə biz ona olduğumuzdan daha çox lazımdır”.

Eyni zamanda "The Economist” yazır ki, Ukraynanın NATO-ya üzvlük perspektivi faktiki olaraq gündəmdən çıxıb. Qərb rəsmiləri bu planların yaxın gələcəkdə "ölü” olduğunu açıq şəkildə bildirirlər.

Ukrayna və ya müharibə

Fransa və Almaniya Ukraynanın Aİ-yə tam üzvlüyü olmadan müəyyən institutlara məhdud inteqrasiyası ideyasını irəli sürür. Həmçinin Aİ müqavilələrinin 42.7-ci maddəsində nəzərdə tutulan qarşılıqlı müdafiə bəndinin Ukraynaya şamil edilməsi müzakirə olunur.

Kipr sammiti zamanı rəsmilərə bu mexanizmin praktikada necə işləyə biləcəyini araşdırmaq tapşırılıb. Bununla belə, Avropa liderləri Ukrayna üçün qapıların tam bağlanmasının mümkün olmadığını etiraf edirlər. Merts bildirib ki, mümkün sülh sazişi üçün Ukraynaya tam üzvlük perspektivi təklif olunmalıdır.

Nəşrin yekununa görə, Avropada müəyyən qərarsızlıq hökm sürür: bir tərəfdən iqtisadi risklərdən çəkinilir, digər tərəfdən isə təhlükəsizlik öhdəliklərinin artırılması müzakirə olunur. Əsas sual təhlükənin real olub-olmamasıdır. Əgər Rusiya ilə müharibə ehtimalı həqiqidirsə, Ukraynanın inteqrasiyası kritik əhəmiyyət daşıyır.

Bununla belə, Avropada bu baxışı bölüşməyənlər də var. Bəzi siyasətçilər və seçicilər münaqişəni qaçılmaz saymadığı üçün Aİ-nin genişlənməsinə daha ehtiyatla yanaşır. Nəticədə, məqaləyə görə, Ukraynanın taleyi sadə bir suala bağlana bilər: Avropalılar Ukraynanı öz "klublarına” qəbul etməsələr, müharibəyə hazırdırlarmı?

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Aprel 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri