Epşteynin ölümü ilə bağlı yeni şübhələr
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhkəmə-tibbi ekspert Maykl Friman maliyyəçi Ceffri Epşteynin intihar etmədiyini, öldürülmüş ola biləcəyini iddia edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekspert aylarla Epşteynin dərc olunmamış fotolarını və yarılma protokollarını araşdırdıqdan sonra bu qənaətə gəlib.
Məlumatları ona Epşteynin qardaşı təqdim edib. Sənədləri və fotoları təhlil edən Friman rəsmi hesabatlarla görüntülər arasında uyğunsuzluqlar aşkar etdiyini bildirib.
“Xəsarətlərin xarakteri intihar versiyasına tam uyğun gələcək şəkildə təsvir olunub. Lakin fotolarda tamamilə fərqli mənzərə gördük”, – deyə ekspert bildirib.
Qeyd edək ki, Ceffri Epşteyn azyaşlı qızların cinsi istismarı və insan alveri ilə bağlı ittihamlarla gündəmə gəlib. O, 2019-cu ildə həbs olunub və məhkəmə prosesi davam edərkən kamerasında ölü tapılıb. 2019-cu ildə Nyu-Yorkun baş məhkəmə-tibbi ekspertiza idarəsi Epşteynin ölümünü rəsmi olaraq intihar kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















